"Sumqayıt" - "Rəvan": Hərədə bir itki

13:33 - 9 Noyabr 2013

Pərdis və Mişel növbəti oyunlarda komandalarına kömək edə bilməyəcək
 
Premyer Liqada 13-cü turun açılış matçı dünən oldu və autsayder komandalar “Sumqayıt”la “Rəvan” üz-üzə gəldilər.
 
Sportal.az xəbər verir ki, bu matçda hər komanda vurduğu bir qolla aktivinə 1 xal yazdırsa da, bir aparıcı oyunçusunu da itirdi. Belə ki, “Sumqayıt”ın hücumçusu Pərdis Fərcad Azad bərabərlik qolunu vurmazdan öncə hissənin ortalarında sarı vərəqə ilə cəzalanmışdı. Bu isə onun cari mövsümdə 4-cü sarı vərəqəsi oldu. İkinci hissənin əvvəllərində isə “Rəvan”ın yarımmüdafiəçisi Mişel Balokoq bu mövsümdəki 4-cü sarı vərəqəsini aldı. Bu isə o deməkdir ki, həm Pərdis, həm də Mişel növbəti turda komandalarına kömək edə bilməyəcəklər. 

Xəbər xətti