"Xəzər Lənkəran"ın ispanı:"Biz bu gün "qara zolaq"dan çıxmalıyıq"

13:55 - 10 Noyabr 2013

Edu Oriol:"Biz bu gün çoxlu qol vurmağa çalışacağıq"
 
"Bu gün bizi çətin oyun gözləyir. Bizim yaxşı komandamız var, qələbə qazana bilərik. Amma "Qəbələ" də zəif rəqib deyil. Onlar xüsusi ilə güclü hücum xəttinə malikdir"
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın ispan futbolçusu Edu Oriol deyib. O, həmçinin bu gün qələbə qazanmağa borclu olduğunu da bildirib.
 
"Bu gün biz çox qol vurub qələbə qazanmalıyıq. Bu qələbə bizə "qara zolaq"dan çıxmağa kömək edəcək. Nəyin bahasına olursa, olsun, qalib gəlməliyik"

Xəbər xətti