Rəşad Sadiqov:"Toşak və tərcüməçisi "ağını çıxarmışdı" MÜSAHİBƏ

21:20 - 10 Noyabr 2013

"Deməzdim ki, yaxşı oynadıq"
 
"Neftçi"nin kapitanı Rəşad Sadiqovun Sportal.az-a müsahibəsi
 
- “Bakı” ilə oyun haqqında danışardın..
- Çox çətin oyun odu. 10 nəfər qalmasaydıq da, yenə ağır oyun olasıyıdı, çünki həmişə “Bakı” ilə oyun həmişə belə olur.  Komandamız qələbə qazandı, qələbə ruhu var idi. Deməzdim, yaxşı oynadıq, 10 nəfərlə qaldıq, istər-istəməz 10 nəfər qalan komanda belə rəqibə yaxşı oynaya bilməz. Müdafidə çəkildik, əks-hücumda ikinci qolu vura bildik.
 
- Saşa Stamenkoviçə verilən qırmızı vərəqə doğru qərar idimi?
- Mənə də elə gəldi ki, qırmızı vərəqə var idi. Çünki Stamenkoviç topa yubandı, Rauf topu ondan keçirdəndən sonra ayağına vurdu, qırmızı vərəqə doğru qərar idi.
 
- Həmin epizodda səhvi Mitreskidə gördün?
- Səhvi hər ikisində gördüm. Mitreski top ayağında ola-ola uzaqlaşdırmadı, Saşanı gözlədi. Bir az anlaşmazlıq oldu, qırmızı vərəqə aldıq. Buna baxmayaraq, kompensasiya edib qələbə qazandıq.
 
- “Qarabağ”la xallar bərabərləşdi...
- Onsuzda çempionluğa oynayan komandalar çox irəli gedə bilməyəcək. Çempionat elədir ki, hər bir komanda xal itirir, istər “Rəvan”la, istər “Sumqayıt”la olsun. Bu il çempionat çox gərgin olacaq.
 
- Rəqib komanadanın 5 nömrəli futbolçusu ilə aranızda tez-tez mübahisə baş verirdi..
- “Bakı”nın 5 nömrəlisi çox sərt oynayırdı, açığı o mübarizə etmirdi, ayağa girirdi, ola bilsin ki, hakim görmədi. Açıq-aşkar görsənirdi ki, o, ayağa girirdi.
 
- Bir həftə Toşakla aranızda söyüş qalmaqalı olmuşdu..
- Açığı, söyüş söyməmişdim, üstünə qışqırdım. Çünki bu bir, deyil , iki deyil, hər cərimə zərbəsi epizodunda meydançanın yarısına qədər gəlir, futbolçularımıza söyüş söyür. Bu hörmətsizlik çıxır. Söyüş söyürsə getsin, öz oyunçularınızı söysün. Onların futbolçularından da soruşdu, dedilər ki, məşqdə də söyür. Getsin öz futbolçularına söysün. Hər cərimə zərbəsinə söymək hörmətsizlikdir. Onun tərcüməçisi də söymüşdü, onun da üstünə qışqırdım. Mən də ona hirsləndim ki, sən kimsən, söyüş söyürsən. Hər ikisi ağını çıxardır. Nolsun ki, Toşaksan.
 
 
Yusif HÜSEYN

Xəbər xətti