Şemonayev:"Qarabağ"ın bəxti gətirdi"
AZAL-ın müdafiəçisi Aleksandr Şemonayevin Sportal.az-a müsahibəsi
- "Qarabağ"dan yenə xal almağı bacardınız...
- Bu gün də qələbə üçün meydana çıxmışdıq. Qələbəyə də yaxın idik, hardasa bəxtimiz gətirmədi. "Qarabağ"ın yüz faizlik qol epizodları olmadı. Cəmi bir təhlükəli vəziyyət yaratdılar onu da qola çevirdilər. Liderdən bir xal qoparmar pis nəticə deyil.
- Almeyda ilə aranda mübahisə yarandı. Səbəb nə idi?
- Almeyda mənə qarşı çox sərt oynadı. Deyərdim ki, bilərəkdən boşluq, ciyərimə təpik vurdu. Bu futbolçuya yaraşmayan bir hərəkət idi.
- İrəlidə çempionatda ikihəftəlik fasilə yaranır. Səncə, bu komandanızın xeyrinə işləyəcək?
- Bu fasilədən effekli istifadə edib "Qəbələ"ylə oyuna daha yaxşı hazırlaşacağıq. İstirahət baxımından fasilə yerinə düşdü.
- Bu oyunda da sarı vərəqə aldın. 12 oyunda 8-də sarı vərəqəylə cəzalanmısan. Niyə belə çox vərəqə alırsan?
- Adətən müdafiədən hüçumlara qoşuluram. Bəzən elə olur ki, geri qayıdanda geçikirəm. Hətta elə olub ki, rəqib hücuma çoxlu sayda keçəndə məcbur olaraq qaydanı pozuram. Əslində bu bizim əleyhimizə olsa da, burda xeyrimizə işləyən amil dəvar. Ola bilərdi ki, əks-hücuma çıxan rəqim komanda həmin hücumu qolla tamamlaya bilərdi. Belə follar hesabına sarı vərəqələrim olur. Ümumiyyətlə, müqdafiçı olaraq bir qədər sərt oynamağa üstünlük verirəm. Belədə də vərəqələrin sayı artır.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi