Mövsümün “sülhsevər” turu
Azərbaycan Premyer Liqasının XIII turu mövsümün rekordu ilə əlamətdar olub.
Sportal.az xəbər verir ki, belə ki, baş tutan 5 qarşılaşmadan 4-ü heç-heçə ilə başa çatıb. Yalnız “Neftçi”nin qələbə qazandığı turda uduzan tək komanda “Bakı” olub. Paytaxt derbisində “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.
Digər oyunlardan AZAL –“Qarabağ” və “Rəvan” – “Sumqayıt” görüşləri eyni 1:1 hesabı ilə başa çatıb. “İnter”lə “Simurq”, həmçinin “Xəzər Lənkəran”la “Qəbələ” isə meydanı qol vurmadan tərk edib.
Bir turda 4 heç-heçənin qeydə alınması mövsümün yeni rekordudur. Bunadək 7-ci və 8-ci turlar hərəsi 3 heç-heçə ilə daha “sülhsevər”olmuşdu.
Azərbaycan çempionatları tarixinə nəzər salsaq sonuncu belə hadisə ötən mövsümün startında qeydə alınıb. 2012/13 mövsümünün 1-ci turunda baş tutmalı olan 6 oyundan 5-i keçirilib və 4-də bərabərlik qeydə alınıb. 15 ay əvvəlki turun təxirə salınan yeganə matçı da sonradan “sülh”lə nəticələnib. Bir sözlə, turun 6 matçından 5-də heç-heçə başa çatıb.
2012/13 mövsümü
1-ci tur
04.08.2012 Simurq (Zaqatala) - Qəbələ 1:1
04.08.2012 Sumqayıt - AZAL (Bakı) 2:2
04.08.2012 Kəpəz (Gəncə) - Turan (Tovuz) 1:2
05.08.2012 İnter (Bakı) - Qarabağ (Ağdam) 1:1
05.08.2012 Rəvan (Bakı) - Xəzər Lənkəran 1:1
1-ci turun təxirə salınan oyunu
18.12.2012 Neftçi (Bakı) - Bakı 1:1
saytlarin hazirlanmasi