Əfran İsmayılov yenə millidən kənarda qaldı

14:28 - 12 Noyabr 2013

"Yığma komanda ilə səfərə getməyəcəm"
 
"Neftçi" - "Bakı" oyununda zədələnərək meydanı tərk edən qonaqların yarımmüdafiəçisi Əfran İsmayılovun zədəsi ciddidir. Bu barədə Sportal.az-a futbolçunun özü məlumat verib. İsmayılov açıqlamasında bunları söyləyib:
 
"Hal-hazırda milli komandanın düşərgəsindəyəm. Amma zədəm ciddir. "Bakı" klubunun həkimlər deyir ki, ən azı sağalmaq üçün 3 həftə lazımdır. Əzələmdə yırtıq var. Əgər oynasam, bu yırtıq daha da ciddiləşə bilər. Milli komandanın həkimləri deyir ki, Qırğızıstanla oyuna hazır ola bilərsən. Amma özüm hiss edirəm ki, xeyr oynaya bilmərəm. Çünki yeriyəndə belə ayğımda ağrılar olduğunu hiss edirəm. Qaldı ki, məşq edim və ya qaçım. Ona görə də çox güman ki, yığma komanda ilə səfərlərə gedə bilməyəcəm".
 
Yarımmüdafiəçi "Bakı" klubuna ən azı 2-3 həftə kömək edə bilməyəcəyini deyib: "Klubuma da qarşıdakı 2-3 turda kömək edə bilməyəcəm. Zədəmin sağalmağı və məşq etməyim var. Ona görə də çətin hazır olam".

Xəbər xətti