Giorgi Lomaya həftənin ən yaxşısı seçildi

11:52 - 14 Noyabr 2013

13-cü turun rəmzi komandası
 
Azərbaycan Premyer Liqasında 13-cü turun rəmzi komandası məlumdur.
 
Sportal.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyinə aşağıdakı futbolçular daxildir:
 
Qapıçı: Giorgi Lomaya (İnter)
 
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Alvarez Abrante (Bakı), Denis Silva (Neftçi), Maksim Medvedev (Qarabağ)
 
Yarımmüdafiəçilər: Etame Mbilla (Xəzər Lənkəran), Lukas Mario Horvat (Bakı), Rəşad Sadiqov (Neftçi), Araz Abdullayev (Neftçi)
 
Hücumçular: Cavid İmamverdiyev (Neftçi), Viktor İqbekoyi (AZAL)
 
Bədavi Hüseynov (Qarabağ) ən çox dəqiq ötürmə verən, Pərdis Fərcad-Azad (Sumqayıt) isə qapıya ən çox dəqiq zərbə endirən futbolçudur. Hava mübarizələrində Junior Nildo (Xəzər Lənkəran), rəqibdən top almaqda isə Şəhriyar Rəhimov (AZAL) hamıdan uğurlu olub. Nikola Valentiç (Qəbələ) 12 dəfə rəqib ötürmələrinin qarşısını kəsməklə fərqlənib. Ən çox qayda pozuntusuna yol verən Pərdis Fərcad-Azad (Sumqayıt), ən çox qayda pozuntusuna məruz qalan isə Rəşad Sadiqov (Neftçi) və Junior Nildodur (Xəzər Lənkəran).
 
Azərbaycan Premyer Liqasının 13-cü turunun ən yaxşı oyunçusu isə “İnter”in gürcüstanlı qapıçısı Giorgi Lomaya olub. Qeyd edək ki, cari mövsümdə buna qədər iki dəfə qapıçı Topaz Premyer Liqasında turun ən yaxşı oyunçusu seçilib. 11-ci turda “Simurq”un qapıçısı Pavel Kapsa, 6-cı turda isə “Qəbələ”nin qapıçısı Dieqo Kosta turun ən yaxşı futbolçusu seçilib.

Xəbər xətti