"Xəqani Məmmədov Ramin Musayevin əlaltı "peşka"sıdır" MÜSAHİBƏ

14:10 - 14 Noyabr 2013

Emil İsgəndərov:"Futbolumuz Elçin Məmmədovun hakimlik uzaqlaşdırılması ilə böyük bəladan qurtuldu"
 
Azərbaycanın sabiq hakimlərindən olan Emil İsgəndərovun Sportal.az-amüsahibəsi
 
- Oğlunuz Elməddin İskəndərov son olaraq 17 yaşlılar arasında “İnter”- “Qəbələ” matçında qalmaqallı idarəçiliyi ilə yadda qaldı və həmin oyundan sonra ömürlük hakimlikdən uzaqlaşdırıldı. Bu oyuna ata kimi şərh verərdiniz..
- Həmin oyunda penalti epizodunda hakimin qərarı səhv idi. Ancaq bu oyunda başqa amillər də var idi. Belə ki, “İnter”in baş məşqçisi oyunçulara tapşırmışdı ki, hakimə qarşı təzyiq yaratsınlar. Bu da düzgün deyildi, nəyə etirazın var, fasilədə yaxınlaş hakimə, öz iradlarını bildir. Bu oyunda hakim sona qədər nəzarəti saxladı. Oyundan sonra da oyunun videoyazısına baxdım və oğluma öz iradlarımı bildirdim. Orada oğlum olmayıb başqa hakim də olsaydı, yenə öz iradlarımı bildirəsi idim.
 
- Həmin qalmaqalda Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov cavan hakimi köməksiz qoyaraq, stadionu oyun başa çatmamış tərk etdi..
- Xəqani Məmmədov ora hakimi oyununu izləmək üçün gəlmişdi ki, gələcəkdə bu hakimə I Divizionda və ya əvəzedicilərin çempionatında oyun versin. Amma təəssüflər olsun ki, komitə sədri oyuna tam baxmadı. Amma elə qayğını düşünürsənsə, oyuna axıra kimi baxmalısan. Bəlkə orada başqa bir hadisə baş verə bilərdi. Hər bir insanın vəzifəsi  var, onun da işi budur. Mən Xəqani Məmmədov haqqında çox şey bilirəm. Sadəcə onun işinə laqeyd yanaşması düzgün deyil. O, orada məşqçilərin də qarşısını ala bilərdi, amma etmədi. Orada hər şey məşqçinin futbolçuları hakimə qarşı qıcıqlandırmasından başladı. Ən azından fasilədə hakimə yaxınlaşıb öz iradlarını bildirərdi. Elməddinə ömürlük uzaqlaşdırma cəzası verildi, ancaq bu həyatda ömürlük bir şey var o da yerin altı. Xəqani, biz bilirik sən kimsən, hansı yuvanın quşusan?, Sən bu vəzifəyə necə gəlmisən və nə məqsədlə işinə yanaşırsan. Gələn kimi 5-6 cavan hakimləri işlərindən uzqaqlaşdırdı. O, komitə sədri gələndə, mən ona dedim ki, əsas cavan hakimlərə yol aç, qoy irəli getsinlər. Ancaq indi  kimin daydayısı var, bir də görürsən , Premyer Liqada dördüncü hakim di. Vaxt olacaq, hər şey dəyişəcək. Xəqani Məmmədov və ya Ramin Musayev ömürlük orada qalmayacaq.
 
- Elməddin İskəndərovun ömürlük hakimlikdən uzaqlaşdırılması ilə bağlı AFFA-ya müraciət etmisiniz?
- Bilirsiniz, ömürlük heç nə yoxdur. Ramin Musayev Azərbaycana futboluna diktator rejimini yürüdür. Onun Xəqani Məmmədov və Elçin Məmmədov kimi əlaltıları var. Onlar da istədikləri kimi edirlər. Təəssüflər ki, Ramin Musayev istədiyi hakimi uzaqlaşdırır. Xəqani orada Ramin Musayevin əlaltı “peşka”sıdır. Necəki, Elçin Məmmədov kimi adam onu işlərini aparırdı, noldu onun axırı. Sənin də gec –tezliyin var, ay Xəqani. Səni Allaha tapşırıram. Onsuzda sən həyatda bədbəxt adamsan. Sən ömür boyu həyatda şəxsi mənafeyini fikirləşmisən. Ölkəmizdə gənc perspektivli hakimləri irəli çəkməlisən. Yoxsa Elməddini mənəvi cəhətdən sındırmağa çalışmaq yox. Elməddin gələcəkdə Premyer Liqanın perspektivli hakimlərindən olacaq.
 
- “İnter”in baş məşqçisi oyundan sonra bildirib ki, “Öt kökü üstə bitər”. Burada açıq-aşkar sizə söz atıb. O, nə demək istəyirki?
- Məncə, o, özünü yaddaş baxımından müalicə etsə, daha yaxşı olar. O, mənim haqqımda belə sözlər deyibsə, böyük səhvə yol verib. O vaxtlar “Kəpəz”- “Turan” kimi oyuna heç bir hakim getmək istəmirdi, həmin oyunu cəsarətli və perspektivli hakim oduğuna görə mənə vermişdilər. Mən bu oyunda sadəcə təhlükəsizlik baxımından kömək istəmişdim. Əgər mən pis hakim idimsə, Tovuz klubu uduzardı da. Orada mənə qarşı təzyiq var idi amma mən orada sınmadım. O dövrdə bütün ağır oyunları mənə verirdilər. Bunları niyə yaddan çıxardırsan, Vəli Hüseynov. Adam da bir düşüncə olar, danışanda əsaslı danışar.
 
- Deyirdilərki, həmin oyunu “Turan” almışdı...
- Bunların hamısı boş söhbətləridi, onların güclü heyətləri var idi.
 
- Niyə Hakimlər Komitəsinin sədri Elməddinin arxasında dayanmadı?
- Ola bilsin ki, mənimlə şəxsi qərəzliyi var. Mən də Elməddinə deyirəm daim öz üzərində işlə. Xəqani mənim oğlum haqqında fikirləşsəydi, əvvəldən fikirləşərdi. Mən ona 5 il əvvəl demişdim ki, gənc hakimlərə təkan ver. Mən elə belə hakim olmamışam. Ortalığa Azər Hüseynov və Vüsal Əliyev kimi hakimlər çıxarmışam.Mən istəsəm, 5-6 aya yetəri qədər hakim yetişdirə bilərəm.Xəqani, mənim əzizim, sən imkan vermədin Tahir Süleymanova, onu verdin kiminsə ayağına. Sənin fikrin tam başqadır. Ancaq sənin də sonuna çox qalmayıb. Zaman özü hər şeyi deyəcək. Mən sənin hakimliyini danmamışam, güclü hakim olmusan.
 
- Bir səhvə görə oğlunuzu hakimlikdən uzaqlaşdırılmasını necə qarşıladınız?
- Məncə, belə bir qərarın verilməsi faciədir. Avropada elə hakimlər var ki, biabırçı səhv edirlər, qancaq onlar belə cəzalanmırlar. Xəqani Məmmədov sən hakimlərə dayaq olmalısan.Bəzi hakimlər görür ki, istənilən oyuna istənilən hakimi göndərirlər. Komitədə belə adamlar qalmamalıdırlar. Onun yerinə ağıllı, düşüncəli bir adamın gələcəyinə inanıram.
 
- Bəs siz niyə hakimlikdən uzaqlaşdırılmısınız?
- Xeyr belə bir şey yox idi, sadəcə yaş ilə əlaqədər idi.  Kimlərinsə təsiri altında, hakimlər oyun idarə edirdi, ancaq Elməddin etmədi. Futbolumuz Elçin Məmmədovun hakimlik uzaqlaşdırılması ilə böyük bəladan qurtuldı. Günb gələcək, Ramin Musayev və Xəqani Məmmədov kimi bəlalardan da canımız qurtaracaq.
 
Yusif HÜSEYN

Xəbər xətti