Orxan Sadıqlı:"Mən başa düşmədim ki, azarkeşlər mənə qarşı niyə elə hərəkət etdilər"
Premyer Liqanın 12-ci turunda baş tutmuş "Böyük Oyun"da "Neftçi" azarkeşlərinin qonaqlarının qapıçısı Orxan Sadıqlıya qarşı təhqiredici şüarların deyilməsi diqqətlərdən qaçmadı.
Gənc qolkiper bu şüarlar haqqında öz fikirlərini Sportal.az-la bölüşüb:
"Bilmirəm, nə deyim? Məktəbli uşaqları yığıblar ora, kimsə də başlarının üstündə durub, o deyir, uşaqlar da təkrar edir. Biz kimçün oynayırıq?
Təbii ki, Azərbaycan üçün. Mən başa düşmədim ki, azarkeşlər mənə qarşı niyə elə hərəkət etdilər. Mən nəinki "Neftçi" azarkeşlərinə, heç bir klubun azarkeşlərinə qarşı artıq hərəkət etməmişəm. Ancaq "Neftçi" azarkeşləri mənə qarşı belə davam etsə, mən də artıq cavablarını verəcəm".
saytlarin hazirlanmasi