Pena:"Belə vəziyyətdə özümü yaxşı hiss etmirəm" MÜSAHİBƏ

11:52 - 15 Noyabr 2013

"Ümid edirəm, üç xalı biz qazanacağıq"
 
 
"Bakı"nın hücumçusu Marius Penanın Sportal.az-a müsahibəsi
 
- Nəyə görə “Bakı”nın əsas heyətində səni görə bilmirik?
- Bu, baş məşqçinin qərarıdır. Əsas heyəti o, müəyyən edir. Oynamamaq mənim üçün də çətindir. Ancaq mən məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Ümid edirəm, yenidən heyətə düşə biləcəm.
 
- Bu barədə baş məşqçi ilə söhbətin olub?
- Yox, mən onun qərarına hörmət edirəm. Mən əlimdən gələni edib öz növbəmi gözləyirəm. Mən peşəkar futbolçuyam, belə halların olması da normaldır. Əsas odur ki, mənim heç bir zədəm yoxdur.
 
- Bəlkə sən digər hücumçulardan zəif təsir bağışlayırsan?
- Yox mən belə fikirləşmirəm, azarkeşlər məni yaxşı tanıyır, onlar keçən il mənim bacarığıma şahiddirlər. Sadəcə bu dönəm mənim üçün yaxşı keçmir. Ancaq mən həvəsdən düşmürəm, yenə var-gücümlə məşq edirəm. Hal-hazırda da fiziki cəhətdən çox yaxşıyam.
 
- Belə olsa, fasilədə komandanı tərk etməyi düşünürsən?
- Belə vəziyyətdə mən də özümü yaxşı hiss etmirəm. Ancaq qışı gözləməliyəm. Mən də oynmaq istəyirəm. Yanvarda nələr olacağını görəcəyik.
 
- “Bakı” bu mövsüm qeyri-stabil göstərir. Buna səbəb nədir?
- Düz deyirsən, bəzən elə asan xal itiririk ki, özümüzdə inana bilmirik. Ancaq çox vacib qələbələr də qazanırıq. Ancaq indidən sonra yalnız qələbə üçün çalışacağıq və istəyirik ki, bu mövsümü mükafatla tamamlayaq. İlk hədəfimiz çempion olmaqdır. Bu mübarizədə də əsas rəqiblərimiz “Neftçi” və “Qarabağ”dır. Bu il həmçiin kuboku da qazanmaq istəyirik.
 
- “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Nə deyə bilərsən?
- İlk oyunda məğlub olmuşuq. Lakin indi öz meydanımızda oynuyacağıq və azarkeşlərimiz önündə həqiqətən gözəl oyun nümayiş etdiririk. Ümid edirəm, üç xalı qazanan tərəf biz olacağıq.
 
Ayaz İBRAHİMOV

Xəbər xətti