"Qələbə qazanmağımıza arxaynçılıq mane oldu"

00:03 - 16 Noyabr 2013

Şəhriyar Əliyev:"Rəqib qol vurduqdan sonra biz oynamağa başladıq"
 
"İlk hissəyə istədiyimiz kimi başlaya bilmədik və istədiyimiz oyunu göstərə bilmədik. İlk hissədə rəqib bizdən üstün oynadı, lakin ikinci hissə toparlandıq. Qol buraxdıqdan sonra isə biz oynamağa başladıq. Komanda qələbə qazana bilərdi, bəlkə də arxançılıq qələbəyə mane oldu"
 
Bu sözləri 21 yaşlılardan ibarət milli komandamızın üzvü Şəhriyar Əliyev Makedoniya ilə oyundan sonra Sportal.az-a bildirib. Futbolçu uzun müddətdən sonra yenidən yaşıl meydanlara qayıtmasına şərh bildirdi:
 
"Uzun müddətdir oynamırdım, bu gün yenə meydana çıxdım. Elə də problem olmadı, sadəcə oyunun sonlarında bir az oyun praktikamın az olduğu hiss olunurdu"

Xəbər xətti