"Bütün bunlar məğlubiyyət üçün bəhanə olmamalıdır"MÜSAHİBƏ

15:13 - 17 Noyabr 2013

Anar Nəzirov:"Qırğızlara qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik"
 
Millimizin qapıçısı Anar Nəzirovun Sportal.az-a müsahibəsi
 
- Estoniya ilə oyun haqqında danşardın...
- Oyuna yaxşı başladıq, birinci hissə hər şey istədiyimiz kimi keçdi. İstər hücum da, istərsə də müdafiədə yaxşı təsir bağışlayırdıq, qol da vura bildik. Ancaq ikinci hissə heç də istədiyimiz kimi alınmadı.
 
- İkinci hissədə oyununuzun alınmamağının səbəbi arxaynçılq ola bilərdi?
- Yox, buna arxaynçılıq deməzdim. Futbolda belə hallar baş verə bilər. Uzaq yol getməyimiz və havanın soyuq olmağı bəlkə də bizə təsirini göstərdi, amma bunlar məğlubiyyət üçün bəhanə olmamalıdır. Deyərdim ki, onlar ikinci hissə meydanda daha istəkli oyun nümayiş etdirirdilər.
 
- Qarşılaşmadan sonra rəqibin futbolçusu bildirmişdi ki, hesab oyuna görə oldu. Səncə, o, fikrində haqlı idi?
- Yox məncə. İlk hissə bizim bir neçə dənə 100 faizlik qol epizodlarımız oldu, əgər onları dəyərləndirə bilsəydik, oyun və hesab tam fərqli ola bilərdi.
 
- Bu məğlubiyyət komandaya Qırğızıstanla matç öncəsi  pis təsir etməyəcək?
- Yox. Estoniya yığması heç də zəif komanda deyildi, amma biz istəyirdik ki, bu oyun qalib gələn tərəf biz olaq, amma alınmadı. Çalışacağıq ki, qırğızlara qalib gələk azarkeşlərimizi sevindirək.
 
- Bu oyunda millimizin çərçivəni sənə əmanət edildi. Bu qərarı gözləyirdin?
- Əsas milliyə çağrılmısansa, həmişə hər şeyə hazır olmalısan. Bu oyunda da məşqçilər tərəfindən mənə şans verildi. Mən də bu oyunda istəyirdim ki, özümü oyunumla yaxşı tərəfdən göstərim . Ancaq bilmirəm, nə dərəcədə alındı.
 
Yusif HÜSEYN
 

Xəbər xətti