Yunan atalar sözü... YAZI

15:55 - 20 Noyabr 2013

Elxanın Foqtslu macəraları davam edir
 
Azərbaycan himninə hörmətsizlik edən Pərdis Fərcad-Azad mətbuat tərəfindən qınaq obyektinə çevrilib. Bütün saytlar düşüb bu əsli iranlı, doğumu alman, vətəndaşı Azərbaycan olan Pərdisin üstünə. Əslində milliləşdirilmiş fars əsilli almanın Azərbaycan himninə hörmət etməsi normaldı. Şəxsən mən bunu adi bir hal kimi qarşılayıram. 
 
DÇ-2014-cü il seçmə mərhələsində Azərbaycan – Portuqaliya oyunundan sonra Pepenin üstünə balaca uşaq atasını görürmüş kimi qaçıb formasını istəyən bir futbolçu yenidən milli komandaya çağrılırsa, o, bu dəfə himnə də hörmətsizlik edər, formaya da, milli komandaya da. Bir himnin dəyərini anlamaq üçün ölkəni, vətəni sevmək lazımdır. Əsli fars olub, Almaniyada doğulub, Azərbaycan milli komandasında oynayan bir futbolçunun himnə hörmətsizlik etməsini normal qarşılamamaq məntiqsizlikdir. 
 
Bu futbolçunun niyə milliyə çağrılmamasının səbəblərini də bilirik. Elxan Məmmədovun kurasiyasında olan “Sumqayıt” klubundan istənilən futbolçu hər an milli komandada oynaya bilər. Hətta növbəti oyunlarda “Sumqayıt”ın müdafiəsini qoruya bilməyən, hər oyun səhvləri ilə yadda qalan, lakin Aqil Məmmədovun sevimlisinə çevrilən Adil İbrahimov da milli komandaya çağrılsa, təəccüblənmərəm. Çünki milli komanda Elxan Məmmədovun şəxsi sərvətidir. Olmasa, Rüfət Dadaşovlar, Cihan Özkaralar, ayağında top saxlaya bilməyən Timur Təməltaşlar milli komandada nə gəzir. 
 
 
Rusiya Premyer Liqasında baş tutan “Anji” – “Krılya Sovetov oyunundan qabaq Azərbaycan milli komandasının sabiq üzvü Şamil Lahiyalov Rusiya dövlət himninə qarşı elədiyi hörmətsiziliyə görə çıxıb bütün Rusiyada üzr istədi və bunu bilərəkdən etmədiyini bildirdi. Bəs Pərdis? Etməz arxasında Elxan “dayday”ı var. Ona kim söz deyə bilər?
 
6 ildir Foqtsu Azərbaycanda saxlayan, neft pullarının 1 milyondan çoxunu ona yedirən Elxan Məmmədov Pərdisə də arxa durar, Rüfətə də Cihana da. Şimali İrlandiya üzərində lazımsız qələbəyə görə 100 min, Rusiya üzərində lazımsız heç-heçəyə görə futbolçulara 50 min mükafat verən Elxandan bundan artığını gözləmək məntiqsizlikdir. Onsuz da düzələn deyil. 
 
Foqts bu gün mətbuat konfransı keçirib Qırğızıstanla oyunöncəsi. Qoca alman 6 ildir ki, Azərbaycanda olduğu müddətdə ilk dəfə səhvi olduğunu etiraf etdi. Bəlkə hiss edib ki, Elxan Məmmədov artıq daha böyük pullar istəyir. AFFA-nın baş katibinin Foqtsu göndərib başqa bir xarici, tanınmış, keçmişi olub varlığı bilinməyən və ya hansısa ölkədən Foqts kimi qovulan və deportasiya olunan bir məşqçini Azərbaycana gətirmək niyyətində olduğunu anlayıb alman. Ona görə də səhv etidyini ilk dəfə xalqımıza etiraf etdi. Böyük nailiyyətdir. 
 
P:S: İtirən yenə Azərbaycan xalqıdır.  Daş da yumurtanın üstünə düşsə, yumurta da daşın üstünə düşsə, olan yenə yumurtaya olar. (Yunan atalar sözü)

Xəbər xətti