Kamran Ağayev:"Foqts hamıdan çox məni istəmir" MÜSAHİBƏ

21:52 - 21 Noyabr 2013

"Qırğızıstandakı meydan haqda hamı bilir"
 
Azərbaycan yığmasının və “Bakı”nın qapıçısı Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Sizin meydana qayıdışınızı nə vaxt gözləyək?
- Ayağımda ağrılar hiss etməyimə rəğmən, 4-5 günə məşqlərimi bərpa etmək niyyətindəyəm. Tam forma yığmaq üçün mənə on gün lazımdır. Əgər klub məşqçisi istəsə, elə bu il meydana dönərəm.
 
- Siz olmayanda “Bakı”nın qapısını gənc Elxan Əhmədov qoruyurdu, komandanı məğlubiyyətdən xilas edə bilmədi və səhvləri ilə yadda qaldı...
- Məndən başqa, klubda üç qapıçı var. Səhvlərə gəlincə, deyim ki, hamı səhv edə bilər. Mən də bu topları buraxa bilərdim. Düşünmürəm ki, “Bakı” gənc qapıçıya görə məğlub oldu.
 
- Estoniya və Qırğızıstan yığmalarına qarşı oyunlarda hamı qələbə gözləyirdi. Ancaq altı xal əvəzinə bir heç-heçə aldıq...
- Bu, başqa futbolçuları yoxlamaq üçün yoldaşlıq görüşləri idi. Qırğızıstandakı meydan haqda hamı bilir. Estoniya ilə oyunda isə bəxtimiz gətirmədi. Bəli, bu da güclü komandadır.
 
- Abışov bildirib ki, əgər Qırğızıstanla matçda ikinci hissə bəzi milliləşdirilmiş “türk” futbolçular daxil olmasaydı, Azərbaycan yığması qalib gələrdi...
- Əgər onlar Azərbaycan yığmasına çağırılırlarsa, bu barədə niyə danışıldığını bilirəm. Hesab edirəm ki, komandamızda azərbaycanlı qanı olan futbolçular oynamalıdır. Mən başqa milli komanda üçün oynaya bilməzdim.
 
- Sənə görə, Foqts millidə qalmalıdır?
- Futbolçu bu barədə fikri bildirməməlidir. Əgər kimsə Foqtsun gedişi barədə müsbət fikir bildirirsə, onu yığmaya çağırmırlar. Çağırılanlar isə, alman mütəxəssisin tərəfindədir. Məsələn, Foqts hamıdan çox məni sevmir. Niyə mən bu barədə fikir bildirməliyəm? Bunu biz həll etmirik. Əsas odur ki, Azərbaycan futbolu inkişaf etsin.
 
- Azərbaycan yığmasının voleybolçuları sizi tanımadı...
- Əgər məni yığmanın legioneri tanımasaydı, mən buna əhəmiyyət verməzdim. Ancaq yığma oyunçuları bir-birini tanımalıdır. Əsas odur ki, istənilən Azərbaycan yığmasının bütün üzvləri Azərbaycan dilini bilməlidir.
 
- Düşünmürsən ki, artıq Avropda legioner həyatı yaşamağın vaxtıdır...
Mənə əvvəlki kimi təkliflər var. Ancaq bu halda mən onları nəzərdən keçirə bilmərəm. Zədəli Kamran heç kimə gərək deyil. Mənim "Bakı" ilə müqaviləm var və mən hələ ki komandam haqda düşünürəm. Bununla belə xaricdə oynamaq istəyim var. Bunlar sadəcə söz deyil. Mən o kəslərdən deyiləm ki, Vətəndə pulun olduğunu görüb, xaricdə özünü əziyyətə salmağın mənasızlığını düşünsün. Mən xaricə getməyi gediş üçün etmirəm. Yalnız yaxşı komandaya keçə bilərəm.

Xəbər xətti