Polyak: "Qəbələ", "Qarabağ" və "Neftçi" komandaları bu yerləri artıq dəqiqləşdiriblər"
"Simurq"un yarımmüdafiəçisi Stefan Polyakın "Sumqayıt"la matçdan sonra Sportal.az-a müsahibəsi
- “Sumqayıt”la oyun haqqında danışardın..
- İlk hissə biz çox yaxşı oynadıq, fərqlənmək üçün bir neçə dəfə şansımız oldu, lakin hissənin sonlarına yaxın fərqlənə bildik. İkinci hissə müdafiəyə üstünlük verdik və yaxşı da müdafiə olunduq. Bu gün(dünən) çətin oyun oldu, “Sumqayıt” sonuncu pillədədir, hamı fikirləşirdi ki, biz asan qələbə qazanacağıq. “Sumqayıt” gənclərdən təşkil olunmuş komandadır, onlar layiqincə mübarizə apardılar.
- Bu gün komandaya üç xalı qazandıran qola sən imza atdın...
- Xoşbəxtəm ki, qol vurdum və komandama qələbə qazandırdım. Ən əsas qələbə idi bunu da qazandıq. Demək olmaz ki, mən komandaya qəlbə qazandırdım, çünki bu qələbəni komanda qazandı, mən yox.
- “Simurq” ikinci dövrədə ilk qələbəsini qazandı..
- Bəli, bəzi oyunlarda çox şansımız oldu, ancaq fərqlənə bilmirdik. Bu dəfə yenə şanslarımız oldu və bir dəfə fərqlənə bildik. Bu futboldur, hər şey ola bilər.
- Komandanız bu mövsüm qeyri-sabit oyun göstərir. Bunun səbəbi nədir?
- Düz deyirsiniz, bir oyun yaxşı oyun göstəririk, amma digər oyunda nəysə dəyişir, istənilən oyunu göstərə bilmirik. Bəlkə də bəxt amili öz sözünü deyir.
- Artıq çempionatda ikinci dövrənin sonlarına yaxınlaşırıq. İkinci dövrənin sonunda komandanız ilk üçlükdə qərarlaşa biləcəkmi?
- Mən fikirləşirəm, bu imkansızıdır. Çünki “Qəbələ”, “Qarabağ” və “Neftçi” komandaları bu yerləri artıq dəqiqləşdiriblər. Həm də xal fərqi kifayət qədər çoxdur. Lakin biz buna fikir vermirik və çalışacağıq ki, layiqli mübarizə aparıb, qələbələr qazanaq.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi