"Dənizlinin iş üslubuna bələd deyiləm"

14:16 - 25 Noyabr 2013

Ağasəlim Mircavadov: “Uğurlu olsun”
 
“Xəzər Lənkəran”ın baş məşqçi postundan gedən Con Toşakı artıq kimin əvəzləyəcəyi məlum olub. Bu posta 3 Türkiyə nəhəngini və başqa bir neçə klubu çalışdırmış türkiyəli mütəxəssis Mustafa Dənizli gələcək. Onun “ağ yaşıllar”ı bu durumdan çıxarıb-çıxarmayacağı hamını maraqlandırır. Vaxtilə “Xəzər Lənkəran”da işləmiş Ağasəlim Mircavadov da Sportal.az-a açıqlamasında bu barədə danışıb:
 
“Mustafa Dənizli tanınmış məşqçidir və Türkiyənin 3 nəhəng klubunda işləyib. Amma “Xəzər Lənkəran”da nəyəsə nail olacağını indidən demək olmaz. Onun iş üslubuna bələd deyiləm. Uğurlu olsun təki”.

Xəbər xətti