"Neftçi" və "Qarabağ" AFFA və PFL-in komandalarıdır"MÜSAHİBƏ

00:30 - 26 Noyabr 2013

İslam Cabbarlı:"Alınan nəticələrə görə,heç kim Mustafa Dənizlini qınamayacaq"
 
“12-ci oyunçu”  azad azarkeş qrupunun rəhbəri İslam Cabbarlının Sportal.az-a müsahibəsi
 
- Artıq komandanızın yeni baş məşqçisi artıq müəyyənləşib.  Sizcə,  Mustafa Dənizli “Xəzər Lənkəran”ı bu ağır gündən çıxarda biləcəkmi?
- Məntiqlə yanaşsaq, komandanı uğursuz zolaqdan çıxartmalıdır. Eyni məntiq Toşaka aid idi, amma özünü  doğrultmadı. Hərçənd ki, Toşaka verilən səlahiyyətlər heç bir məşqçiyə verilmədi, heç bir klub rəsmisi onunişinə qarışmırdı. Yəqin ki, bu səlahiyyətlər Dənizliyə də verilər. Digər tərəfdən, Toşak komandaya yeni gələndə,  ilk beş oyunundan sonra camiə tərəfindən bəyənilmədi. Məsələn, Rednik ilk oyunundan özünü sevdirə bilmişdi. Onu da qeyd edim ki, Denizlinin şansları daha çoxdur, çünki Toşakı istəməyən azarkeşlər istər-istəməz yeni baş məşqçiyə dəstək olacaqlar, eyni ilə Toşakı sevməyən futbolçular Dənizlinin məşqlərində canfəşanlıq edəcəklər.  Bir məqamı da yaddan çıxarmayaq ki, futbol qurumları Premyer Liqanın maraqlı olması naminə, liderlərə deyəcəklər ki, xal itirsinlər. Liderlər “Qarabağ” və “Neftçi” PFL-in sözə qulaqasan komandalarıdır, “Xəzər Lənkəran” bundan səmərəli istifadə etməlidir.
- Artıq iki dövrə geridə qalıb, sizcə, “Xəzər Lənkəran” ilk sıralara yüksələ biləcək?
- Bayaq onu qeyd etdim. Başqa bir ölkənin çempionatında ola bilsin ki, şansları olmasın, amma Azərbaycan çempionatında bu mümkündür.
 
- Siz  deyirsiniz ki, PFL komandalara deyir ki,  bu tur xal itir?
- Təbii ki, biz bunu görürük, bu birinci dəfə deyil ki. Futbol qurumları və PFL rəhbəri bunu bir neçə dəfə bunu qeyd edib. Hətta biz bunun statistikasını yığmışdıq ki, bunlar belə şey edirlər.
 
- Ramin Musayev klublara deyir ki, xal itir?
- Sırf elə demir,  amma sözdən söz çıxartmaq olur. Biz hər turu analiz edirik və bunun şahidi oluruq.
 
- Con Toşakın son dönəmində stadionagələn azarkeşlərin sayı azalmışdı. İndi yenidən azarkeşlər stadiona axışacaqmı?
- Əlbəttə, azarkeşlərin bir qismi, hansıki, Toşakı komandada istəməyənlər yenidən stadiona qayıdacaqlar.  Ancaq digər bir qisim isə yalnız o halda stadiona qayıdar ki, komanda uğurlu nəticələr göstərsin.
 
- Mustafa Dənizlinin necə bir baş məşqçi olduğu, ilk oyundan görünə biləcək?
- Əsas, qış fasiləsindən sonra olan zamandır. Etdiyi transferlərlə,komandaya oynatdığı futbolla biz onun necə məşqçi olduğuna şahid olacağıq. Qış fasiləsinə qədər olan nəticələrə görə, heçkim baş məşqçini qınamayacaq. 
 
Yusif HÜSEYN

Xəbər xətti