"Xəzər Lənkəran"la oyunda belə nəticə gözləmirdim"MÜSAHİBƏ

10:31 - 26 Noyabr 2013

Çesnauskis:"Baş məşqçi də hər oyunçunu sınamağa çalışır ki..."
 
"Bakı"nın müdafiəçisi Deyvidas Çesnauskisin Sportal.az-a müsahibəsi
 
- “Xəzər Lənkəran”la oyun haqqında danışardın..
- Bizim üçün vacib oyun idi, layiqli qələbə qazandıq və inanıram bu qələnə bizdə əlavə ruh yüksəkliyi yaradacaq. Bu gün çox xoşbəxtəm.
 
- Belə böyük hesabla qalib gələcəyinizə inanırdım?
- Yox, üç fərqin olacağına inanmırdım.  Mən bilirdim ki, çətin oyun olacaq və biz bu oyunda can qoyacağıq. Sevinirəm ki, zəhmətimiz bəhrəsini gördük.
 
- Son oyunda əsas heyətdə meydana daxil oldun. Əsas heyətdəki yerini növbəti oyunlarda qoruya biləcəksən?
- Bu haqda heç nə bilmirəm. Bunların hamısına baş məşqçi qərar verir. Ettonun mövqeyində oynayırdım, onun özü də təcrübəli futbolçudur. Baş məşqçi də məşqdəki göstərdiyimiz performansa görə əsas heyəti müəyyən edir, mən əlimdən gələni edəcəm ki, əsas heyətda yer alım.
 
- “Bakı” bu mövsüm qeyri-sabit oyun göstərir. Bunun səbəbi nədir?
- Çünki bizim komandamız yeni formalaşır. Baş məşqçi də hər oyunçunu sınamağa çalışır ki, onun da performansını görsün. Futbolçular da əlindən gələnin ən yaxşısını etməyə çalışırlar.
 
- “Bakı” ikinci dövrəni lider kimi tamamlaya biləcək?
- Bilmirəm, bunu əvvəlcədən demək çətindir, çünki bir neçə komanda liderlik uğrunda mübarizə aparır. Hər oyun bizim üçün müxtəlif olur. Bizim də liderlik üçün şansımız var, biz artıq xal itkisinə yol verməməliyik, çalışacağıq ki, növbəti oyunlarda da yalnız qələbə qazanıq.
 
Yusif HÜSEYN

Xəbər xətti