Qalmaqallı hakim Premyer Liqada baxın hansı oyuna təyinat aldı

10:51 - 28 Noyabr 2013

Orxan Məmmədov "Bakı" - "İnter" matçında
 
Azərbaycan Premyer Liqasında 15-ci turun oyunlarına təyinatlar açıqlanıb.
 
Sportal.az xəbər verir ki, I divizionda müəmmalı qərarları ilə yadda qalan hakim Orxan Məmmədov bu dəfə "Bakı" - "İnter" oyununa təyinat alıb.
 
29 noyabr (cümə)
 
“Rəvan” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Nahid Əliyev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Kərim Ağayev
Bayıl Arena stadionu, 19:00
 
30 noyabr (şənbə)
 
“Xəzər Lənkəran” – AZAL
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
“Xəzər Lənkəran” mərkəzi stadionu, 17:00
 
“Simurq” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, İnqilab Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zaqatala şəhər stadionu, 17:00
 
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Coşqun Həsənov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Rövşən Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00
 
“Bakı” – “İnter”
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00

Xəbər xətti