"Lənkəran səfəri ilə komandanın 8 oyunluq qələbə həsrətinə son qoyacağıq"
"Qəbələ" ilə oyunda hər iki komandanın şansları oldu, ancaq biz istifadə edə bilmədik. Lakin "Qəbələ"əlinə düşən fürsətləri layiqincə dəyərləndirdi. Bu oyunda uzun müddətdən sonra meydana çıxdım. Zədədən yeni qayıtdığım üçün mənə çətin oldu"
Bu sözləri Sportal.az-a açıqlamasında AZAL-ın yarımmüdafiəçisi Ruslan Tağızadə bildirib. O, həmçinin "Xəzər Lənkəran"la oyun haqqında da fikirlərini dilə gətirib:
"Komanda bu oyuna çox ciddi hazırlaşır. Düzdür rəqibin baş məşqçisi hələlik yoxdur, ancaq bu bizə heç bir üstünlük vermir. İnanıram ki, Lənkəran səfəri ilə komandanın 8 oyunluq qələbə həsrətinə son qoyacağıq"
saytlarin hazirlanmasi