"Xəzər Lənkəran"a daha çox qol da vura bilərdik" MÜSAHİBƏ

13:27 - 29 Noyabr 2013

Horvat:"Biz artıq öz oyunumuzu tapmışıq"
 
"Bakı"nın yarımmüdafiəçisi Lukas Mario Horvatın Sportal.az-a müsahibəsi:
 
- Keçən tur "Xəzər Lənkəran"ı darmadağınız etdiniz....
- Biz bu oyunu qazanmalıydıq, növbəti oyunlara motivasiya olması baxımından önəmi oyun idi.  Biz əlimizə düşən fürsətləri layiqincə dəyərləndirdik və layiqli qələbə qazandıq.
 
- Bu matçda ilk hissə fərqlənə bilmədiniz....
- İlk hissədə yaxşı oynadıq, qol epizodları da yarada bildik, ancaq top qapıya girmək istəmirdi. İkinci hissə topu qapıya daxil edə bildik və üç dənə qol vura bildik.
 
- Belə bir hesabla qələbə qazanacağınıza inanırdın?
- Əlbəttə, futbolçunun içində həmişə inam hissi olmalıdır. Bu hesab da mənim üçün təəccübləndirici olmadı. Hətta daha çox qol vura  bilərdik, ancaq rəqibin bəxti gətirmədi.
 
- Son oyunda "Xəzər Lənkəran" öz oyununu göstərə bilmədi...
- "Xəzər Lənkəran" zəif oynamadı, bzi güclü oynadıq və rəqibə oynamağa icazə vermədik. Oyun boyu icazə vermədik ki, rəqib təhlükəli hücum qursun.
 
- Bu tur "İnter"lə qarşılaşacaqsınız..
- Çətin oyun olacağı hamı tərəfindən məlumdur. İlk oyunda son dəqiqələrdə qalibiyyəti əldən vermişdik, bu dəfə elə fikirləşmirdik. İnanıram, qələbə qazanıb uğurlu seriyamıza davam edəcəyik.
 
- "Bakı" bu mövsüm qeyri-sabit oyun göstərir. Buna səbəb nədir?
- Bəzən komandada zədəlilər olur, bəzən də müxtəlif stadionlarda oynayırıq. Ancaq bunlar bəhanə olmamalıdır. Deyə bilərəm ki, artıq öz oyunumuzu tapmışıq.
 
Yusif HÜSEYN

Xəbər xətti