"Sumqayıt" üsyan etdi: "Xəqani diskə baxıb yenə o cındırın tərəfini tutacaq"

19:19 - 30 Noyabr 2013

Kamran Quliyev: "Niyə əziyyətimizi yerə vurursunuz?"

 

"Belə hakimlik Azərbaycan futboluna ləkədir. Hakimlər Komitəsi və PFL-in niyə belə hakimlərə təyinat verdiyini başa düşə bilmirəm"

 

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın prezidenti Kamran Quliyev deyib. Quliyev daha sonra PFl prezidenti Ramin Musayevə zəng edərək belə deyib:

"Bu cür hakimlik olmaz. Belə getsə, komandamı çempionatdan çəkəcəm. Xəqani diskə baxıb yenə o cındırın tərəfini tutacaq."

 

"Milli komandaya futbolçu yetiişdirirk, ancaq hansısa hakim əziyyətimizi yerə vurur. Başa düşə bilmirəm ki, hakim təmiz penaltimizi niyə vermir? Belə çıxır ki, hakimlər zəifləri sıxır güclülərə güzəştə gedir. Axı belə də olmaz. Bununla çempionatımıza zərbə vururlar".  

Xəbər xətti