Oyunumuzu daha çox cinahlardan qurmalı idik
Premyer Liqanın 15-ci turunda Lənkərana səfər edən AZAL yerli “Xəzər Lənkəran”la oyunda 1-1 hesablı heç-heçəyə nail oldu.
Sportal.az xəbər verir ki, oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb:
Vaqif Sadıqov: “İkinci hissədə azlıqda qalsaq da, komanda xarakterini göstərdi. Komanda olduğumuzu bir daha göstərdik. Yolumuzu davam etdirəcəyik. 10-cu oyundur ki, qələbə qazana bilmirik. Ancaq tezliklə qələbəmiz olacaq və ardı gələcək. Heç vaxt hakimliklə bağlı problemim olmayıb, həmçinin bugünkü oyunda. Hakim də insandır, səhv edə bilər. İnanıram ki, heç bir oyunda hakim qərəzi olmayıb”.
Giovanne Melkiorre: “Yaxşı oyun oldu, ötürmələrdə, topa sahib olmada yaxşı idik. Amma çox zaman hücumları məntiqi sonluqla bitirə bilmirdik. AZAL müdafiəyə meylli, qapalı futbol oynayırdı. Oyunumuzu daha çox cinahlardan qurmalı idik. Bundan istifadə edə bilmədik. Rəqib 1 xal üçün gəlmşdi, müdafiədə boşluq vermədi”
saytlarin hazirlanmasi