"Xəzər Lənkəran"a geri dönən futbolçu:"Onlar üçün darıxmışdım"MÜSAHİBƏ

00:03 - 1 Dekabr 2013

Adrian Pit:"Hal-hazırda bir az qayğı və bəxtə ehtiyacımız var"
 
"Xəzər Lənkəran"ın əsas komandasına geri qayıdan Adrian Pitin Sportal.az-a müsahibəsi:
 
- AZAL-la oyunda yenə qələbə qazana bilmədiniz..
- İlk olaraq onu deyim ki, bu oyunda yaxşı oynayan tərəf biz idik. Sadəcə bəxtimiz gətirmədi, daha sonra uşaq səhvindən bir qol buraxdıq. Bu qoldan sonra irəli atıldıq və qələbə qazanmağa çalışdıq, amma alınmadı.
 
-  Uzun müddətdən sonra yenidən əsas heyətdə meydana çıxdın..
- Mən bilirdim ki, bir gün mən geri qayıdacam və bir gün də bu komandadan gedəcəm. Əlbəttə ki, xoşbəxtəm. Əlimdən gələni edəcəm ki, komandaya xeyir verim.
 
- Bu fasilədən sonra sənə oynamaq çətin olmadı?
- Yox, mən komandadan uzaqlaşdıralanda da yalnız başıma məşq edirdim. Sadəcə oyun parkitkası baxımından nəsə ola bilər, o da qısa müddətdə həll olunacaq.
 
- Hal-hazırda komandadan ayrılmaq istəməzsən yəqin ki?
- Hələlik buradayam və çalışacam ki, komanda üçün əlimdən gələni edim, komandanın uğurlarında mənim də payım olsun.
 
- Azarkeşlərin sevdiyi bir futbolçusan.  Onlar üçün darıxmışdın?
- Sadəcə onlara təşəkkür etmək istəyirəm, mənə həmişə dəstək olurlar. Onlar üçün darıxmışdım, Belə azarkeşlərin önündə oynamaq  adama əlavə ruh yüksəkliyi verir.
 
- Komandaya yeni təyin olunan baş məqşçi (Mustafa Denizli) haqqında məlumatın var ?
- Bəli, məlumatım var. Biz birlikdə komandanı layiq olduğu yerlərə gətirməyə çalışacağıq.
 
- Növbəti turda "İnter"lə qarşılaşacaqsınız. Son həftələr yaxşı oyun göstərən "İnter" qarşısında şansınızın olduğunu düşünürsən?
- "Xəzər Lənkəran" hər bir komandaya qalib gələcək gücdədir. Hal-hazırda bir az qayğı və bəxtə ehtiyacımız var.
 

Yusif HÜSEYN

Xəbər xətti