"Mən baş məşqçiyə özümü elə göstərdim ki..." MÜSAHİBƏ

14:11 - 1 Dekabr 2013

Assis:"Rəvan" ikinci hissə bizdən üstün oynadı"
 
"Qəbələ"nin futbolçusu Assis Juniorun "Rəvan"la matçdan sonra Sportal.az-a müsahibəsi
 
- “Rəvan”la oyun haqqında danışardın..
- Bizim üçün ağır oyun oldu. Bizim üçün ən vacib olan üç xal idi, biz də bunu qazandıq. Bu oyun mənim üçün çox vacib idi, uzun müddət idi ki, oynamırdım. Bunun üçün çox xoşbəxtəm.
 
- Uzun müddət oynamamağının səbəbi nə idi?
- Bu, baş məşqçinin qərarıdır, mən də hörmətlə yanaşıram. Bu gün mənə şans verildi, mən də əlimdən gələni etdi, pis oynamadım. Məncə, özümü elə göstərdim ki, növbəti oyunlarda da baş məşqçi mənə şans verəcək.
 
- “Rəvan”la oyunda ikinci hissədə komanda zəif oyun göstərdi..
- Birinci hissə yaxşı oynadıq, qolu vurduq. İkinci hissədə hesabı qorumağa çalışdıq, düzdür “Rəvan” ikinci hissə bizdən üstün oynadı və hücumlar etdi. Bu oyunda vacib olan üç xalı qazandıq. Bu mövsüm komandada hamı çalışır ki, əlindən gələnin ən yaxşısını etsin. İstəyirik ki, bu mövsümü mükafatçılar sırasında bitirək.
 
- “Qəbələ”nin “Neftçi” və “Qarabağ”la arasında az xal fərqi var. Səncə, ilk dövrəni çempion kimi tamamlaya biləcəksinizmi?
- Bu mövsüm komandamız çox gözəl futbolçulara sahibdir və yaxşı oyunda göstəririk. Bizim də əsas hədəfimiz çempion olmaqdır.
 
- Həftə içərisində “Mil-Muğan”la qarşılaşacaqsınız...
- Bəli, biz liqa ilə birlikdə kuboka da üstünlük veririk, hamı elə bilər ki, asan oyun olacaq, amma elə deyil. Biz bu oyunda digər oyunlardakı ciddiyətlə hazırlaşacağıq. Oyuna konsantrasiya olmalıyıq. Oyun zamanı bilinəcək, oyun bizim üçün asandır yoxsa çətin?
 
Yusif HÜSEYN

Xəbər xətti