Aqil Nəbiyev:"Arxayınçılığın qurbanı olduq" MÜSAHİBƏ

14:32 - 2 Dekabr 2013

"Komandaya yeni nəfəs lazımdır"
 
"Rəvan"ın təcrübəli müdafiəçisi Aqil Nəbiyevin Sportal.az-a müsahibəsi
 
- "Qəbələ" ilə oyun haqqında fikirlərini bildirərdin..
- Maraqlı oyun oldu, komandamız bu oyunda istəkli oynadı. Bu gün ən yaxşı oyunumuzu oynadıq, top ən çox bizdə olurdu, qol vurmaq üçün şanslarımız da oldu, amma vura bilmədik və əvəzində şanssız bir qol buraxdıq. Bir az arxaynçılığın qurbanı olduq. Komanda yaxşı oynadı, sadəcə bir az çatışmazlıqlarımız var. Biz az qol vururuq, ona görə çalışırıq irəlidə oynayaq. Fasiləyə az qalıb çalışacağıq ki, son oyunlarımız qələbə ilə başa vuraq. Yəqin baş məşqçi də brlə fikirləşir, komandaya yeni nəfəs lazımdır. Axırıncı yerlərdə olmaq mənim üçün yaxşı hal deyil. İstəyirik ki, hər oyunda xal götürək. Keçən oyun yaxşı oynamasaq da, bir xal götürdük. Amma bu gün biz yaxşı oynasaq da qələbə qazana bilmədik.
 
- Şahin Diniyev gələndən sonra komandanın oyunu dəyişib...
- Bəli, yeni baş məşqçi gələndən sonra komandada istək daha da artıb. Məşqlərdə dəfutbolçular hər mövqe üçün mübarizə aparır, əsas odur ki, komanda yaxşı oyun göstərir. Bu oyundan əvvəl deyirdim ki, qalib gələcəyik, amma alınmadı. Artıq irəlidəki oyunlara baxmaq lazımdır.
 
- Bu həftə kubok qarşılaşmasında "Qaradağ Lökbatan"la qarşılaşacaqsınız....
- Bu oyun bizim üçün asan olmayacaq. Çünki I Diviziondakı futbolçular özlərini göstərmək baxımından əllərini gələni edəcəklər. Bizim məqsədimiz bu oyunda da qalib gəlməkdir.
 
- Bu mövsüm rəhbərlik tərəfindən qarşınıza hansı məqsədlər qoyulub?
- İlk olaraq o qoyulub ki, komanda sonuncu pillələrdən canını qurtarıb daha yuxarı pillələr üçün mübarizə aparsın. Bugünki gündə bu pillədə qərarlaşmağımız yaxşı hal deyil. Baş məqşçi dekabrı gözləyir, yəqin ki, hər şey yaxşı olacaq.
 
- Öz karyeran haqqında nə deyə bilərsən?
- Bir az gözləməliyik, hələ çempionat davam edir. Bu barədə sonra danışarıq.
 
- Ümumiyyətlə, təklif varmı?
- Yəqin ki.
 
Yusif HÜSEYN

Xəbər xətti