Rəşad Abdullayev bir oyunluq cəza alıb
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın XV turunun oyunlarında baş verən qanun pozuntularına hüquqi qiymət verilib.
“Qəbələ” ilə matçın 85-ci dəqiqəsində qırmızı vərəqə alan Rəşad Abdullayev 1 oyunluq cəzalanıb və bu səbəbdən şərəfini qoruduğu “Rəvan” klubu 200 manat ziyana salıb. “Simurq”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qarabağ” min manat cərimə olunub.
“Neftçi” ilə görüşdə 5 futbolçusu xəbərdarlıq alan “Sumqayıt”ın da cəzası eynidir. 90-cı dəqiqədə hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan Samir Abbasov 4 oyunluq cəzalanıb və sumqayıtlıları 4 min manat ziyana salıb.
“Xəzər Lənkəran”la görüşdə 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün AZAL min manat cərimə ödəyəcək. 56-cı dəqiqədə AZAL-ın meydandan qovulan futbolçusu Branislav Arseniyeviç 1 oyunluq kənarlaşdırılıb, komandası 200 manat xərcə düşüb. Oyunun 86-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alan Ağabala Ramazanovun cəzası daha ağır olub. 2 oyunluq cəzalanan hücumçu “Xəzər Lənkəran”ı 2000 manat cəriməyə məruz qoyub.
saytlarin hazirlanmasi