I divizion təmsilçisi "Simurq"u penaltilərdə məğlub etdi
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Araz Naxçıvan" doğma meydanında Zaqatalanın “Simurq” klubu ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, matçın əsas vaxtı 2:2 hesablı bərabərliklə bitib. Əlavə vaxtda hesab hesab dəyişmədiyindən qarşılaşma penaltilər seriyasına qədər uzanıb. On bir metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən Naxçıvan təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.
I divizionda çıxış edən “Araz Naxçıvan” klubu tarixində ilk dəfə Azərbaycan kubokunun 1/4 finalına çıxıb. Belə ki, əyalət təmsilçisi 1/8 finalı uğurla adlayanlar arasında ilk dəfə buna nail olan yeganə komandadır.
saytlarin hazirlanmasi