"TOP TOP"-n növbəti buraxılışı yayımlanıb
Azərbaycan teleməkanının maraqlı futbol proqramı "TOP TOP" dördüncü buraxılışı ilə tamaşaçıların görüşünüzə gəlib.
Sportal.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan və dünya futbolunda baş verən ən maraqlı futbol hadisələrinə həsr olunub. Proqramın bu dəfəki qonaqları Azərbaycan futbolunun canlı əfsanəsi, olimpiya çempionu İqor Ponomaryov, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, futbol azarkeşi, ürəyi hər zaman "Neftçi"ilə döyünən Firudin Rzayev və daimi ekspert Elnur Əşrəfoğlu olub. "TOP TOP"da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Premyer Liqanın oyunları barədə söhbət açılıb. Olimpiya çempionu, "Neftçi"nin unudulmaz futbolçusu İqor Ponomaryov ötən əsrin 80-ci illərində futbolla bağlı bir çox məqamlara toxunaraq nostalji hisslər yaşadıb. İqor Ponomaryovun futbolçu və məşqçi həyatına həsr olunan video klip də tamaşaçılara təqdim edilib. Həmçinin futbol həvəskarları canlı yayımda öz istək və arzularını bütün mobil operatorlardan 8998 və 8999 nömrələrinə SMS vasitəsilə göndəriblər, qonaqlara suallarını veriblər. "Top-top"un dördüncü buraxılışının videoyazısını sizə təqdim edirik:
saytlarin hazirlanmasi