"Rəqib azlıqda qalmasaydı, mərhələni yenə də biz keçəcəkdik"MÜSAHİBƏ

14:46 - 6 Dekabr 2013

Leroy:"Qurban Qurbanovun dəyişikliyi öz sözünü dedi"
 
"Qarabağ"ın hücumçusu Corc Leroyun Sportal.az-a müsahibəsi:
 
- Ölkə kubokunda AZAL-ı bu mövsüm ilk dəfə məğlub edərək son 8 komanda arasına adınızı yazdırdınız..
- Bizim üçün yaxşı oyun oldu, xüsusilə ilk 30-40 dəqiqə yaxşı oynadıq və bir neçə yüz faizlik qol epizodları yaratdıq, ancaq istifadə edə bilmədik. İkinci hissə də oyundakı konsantrasiyanı itirmədik, həvəsdən düşmədik. Rəqibin qapıçısı bir neçə epizodda qola mane oldu. Lakin baş məşqçinin dəyişikliyi öz sözünü dedi, Reynaldo meydana  girən kimi qolunu vurdu.
 
- Əgər rəqibiniz azlıqda qalmasaydı,”Qarabağ” yenə də qələbə qazana bilərdi?
- Məncə, qırmızı vərəqə  olmasaydı, mərhələ keçən tərəf yenə də biz olasıydıq, çünki oyunda ən real qol şanslarını biz yaratmışdıq, rəqib elə də təhlükəli hücum qura bilmirdi.
 
- Bu oyunda Zaqatala səfərinin yorğunluğu da öz sözünü dedi, çünki cəmi üç gün fasilə var idi...
- Bu doğrudur, fasilə az idi, amma peşəkar futbolçu belə hallara hazır olmalıdır. Məncə, bu oyunda komandada yorğunluq yox idi, çünki bizim komanda fiziki cəhətdən güclüdür. AZAL qalibiyyəti bizim üçün önəmli idi, çünki biz ardıcıl üç oyunda heç-heçə etmişdik.
 
- Son oyunlarda biz səni əsas heyətdə meydanda görürük. Artıq tam formaya düşmüsən?
- Son oyunlarda əsas heyətdə oluram və qol vurmaq üçün də çoxlu şanslarım olur. Məncə, bu oyunlarda pis oynamamışam. Mən istər məşqdə, istərsə də oyunlarda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. İnanıram, əsas heyətdəki yerimi möhkəmlədə biləcəm.
 
- Həftəsonu son turda liderliyi əlinizdan alan “Neftçi” ilə qarşılaşacaqsınız....
- Bizim üçün hər oyun eyni çətinlikdədir. Əsas odur ki, biz bu oyuna meydanda necə başlayacağıq və konsantrasiya olacağıq. Biaz bu oyunda üç xal üçün vuruşub yenidən lider olmaq istəyirik.
 
Yusif HÜSEYN

Xəbər xətti