Aqil Məmmədov tutduğu vəzifədən azad edilcək
"Sumqayıt" artıq özünə yen baş məşqçi tapıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, iki gün sonra baş tutacaq "Sumqayıt" - "Bakı" matçından sonra meydan sahibləri xal qazana bilməzsə, hal-hazırki baş məşqçi Aqil Məmmədov tutduğu vəzifədən azad ediləcək. Artıq onu kimin əvəzləyəcəyi də məlumdur. Bu, 19 yaşlılardan ibarət milli komandamızın sabiq baş məşqçisi Arif Əsədovdur.
Qeyd edək ki, "Sumqayıt" 15 turdan sonra 7 xalla turnir cədvəlinin sonpilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi