"Bu tur qələbə həsrətinə son verməliyik" MÜSAHİBƏ

00:03 - 7 Dekabr 2013

İqbekoyi:"Qırmızı vərəqə olmasaydı hər şey başqa cür olardı"
 
AZAL-ın vitse-kapitanı Viktor İqbekoyi "Qarabağ"la matçdan sonra Sportal.az əməkdaşının suallarını cavablandırıb.
 
Həmin müsahibəni təqdim edirik:
 
 
- "Qarabağ"la oyun haqqında danışardın...
- Bu futboldur, bəzən qalib gələrsən, bəzən də məğlub olarsan. Bu oyunda yaxşı oynadıq, lakin edilən kiçik bir səhvdən qol buraxdıq. Oyunun son dəqiqələrində hücuma atılsaq da,  bir nəticə əldə edə bilmədik.
 
- AZAL azlıqda qalandan sonra qol buraxdı, əgər qırmızı vərəqə olmasaydı qalib gələ bilərdiniz?
- Əlbəttə, qırmızı vərəqə olmasaydı hər şey başqa cür olardı. Biz azlıqda qalandan sonra geri çəkildik, rəqibdə bundan istifadə edib hücumlar etdi və lazımı qolu vurdular.
 
- Bu oyunda “Qarabağ”ın sizdən daha çox istəkli olduğunu etiraf edirsən?
- Burada hamı istəklidir.Mən deməzdim biz qələbəni rəqibdən az istəyirdik. Bu mövsümün digər iki matçında “Qarabağ” bizi məğlub edə bilməmişdi, ola bilsinki, buna görə onlar daha çox istəkli görünürdülər.
 
- Bəlkə bu gün üzərinizdə Lənkəran səfərinin yorğunluğu var idi?
- Yox, heç bir yorğunluq yox idi, komanda oyuna tam hazır şəkildə çıxmışdı.
 
- Artıq kubok oyunlarında mübarizəni dayandırdınız...
- Bu oyunu unudub önümüzdəki  matçlara baxmalııyıq. Qarşıda “Rəvan”la oyunumuz var, bu oyunda qalib gəlib qələbə həsrətinə son verməliyik.
 
Yusif HÜSEYN

Xəbər xətti