"Bu oyunda məğlub olmaq şansımız yox idi"
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "inter"lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Oyun haqqında fikirlərinizi bildirərdiniz..
- İlk dəfə çempionatına çıxdıq, həftəiçi gözəlbir kubok başlanğıçı etdik. Bu gün də son həftələrin formada olan komandası "İnter"lə qarşılaşdıq. Ancaq rəqibin son həftələr yaxşı oynaması bizim üçün önəmli deyildi. Biz buraya sadəcə qalib gəlməyi düşünərək gəlmişdik, amma matç bərabərə bitdi. Son üç oyundan əvvəl iki hədəfimiz var idi: son üç oyunda 9 ya da 7 xal qazanmaq. İndi isə bir hədəf qalıb son iki oyunda qalib gəlib qış fasiləsinə yollanmaq. Bugünki oyundan razı qaldım, çətin bir komandaya qarşı oynadıq,qələbə qazana bilərdik,oyun bizim idarəmizdə keçdi, epizodlarımız da var idi. Amma nəticədə qazana bilmədik.
- Artıq 10 günə yaxındır ki, Azərbaycandasınız. Azərbaycan çempionatı necə təəssürat yaratdı?
- Yavaş-yavaş formalaşır, yəni komandaları və futbolçuları tanımağa başlayıram. Əsas odur ki, öz komandamı tanıyım. Hər şey zaman içində düşündüyümüz kimi olar. İkinci dövrədə daha sürətli futbol oynayan "Xəzər Lənkəran" qurmağa çalışacağıq. Bu gün gözəl bir mübarizə var idi, bu oyunda məğlub olmaq şansımız yox idi.
- Azərbaycan futboldan Türkiyədən fərqləndirən əsas cəhətlərdən biri süni örtüklü meydançaların olmasıdır..
- Ən azından yaxşı bir tərəfi yoxdur. Öz meydanımızda normal zəmində oynayırıq. Amma biz buraya çox oyun üçün gələcəyik. Belə stadionlar bizim məşq prosesimizi dəyişdirir. Biz daha tez gəlməyə məcbur oluruq.
- Skarlatake ilk hissənin sonlarında zədələndi. Zədəsinin son durumu necədir?
- Həkimlə hələ danışmamışam. Təxminən biləyində problem var. İndi özü ilə danışdım, dedi bir az ağrım var. Belə zədələr bəzən zəmindən olur.
- Artıq Azərbaycanda iki oyunda olmusunuz. Hakimliklə bağlı nə deyə bilərsiniz?
- Mən işlədiyim yerlərdə hakimliklə bağlı mənfi danışmamışam. Hakim səhv etməz?, mütləq edər. Futbolun gözəlliyi də hakim səhvləridir. Bu gün də səhvlər oldu, bəlkə bir dənə Adrian Pitə verilən sarı vərəqə artıq idi. Bizim oyunları idarə edəcək onlardır. Onlar haqqında əlavə danışmaqdüzgün çıxmaz.
saytlarin hazirlanmasi