"Qarabağ" və "Neftçi"nin qalib gəlməsindən önəmli olan daha bir vacib amil var"
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov “Qarabağ” qarşılaşması ilə bağlı fikirlərini bildirdi.
“Ağ-qaralar”ın rəsmisi Sportal.az-a açıqlamasında bu derbini çempionatın ən baxımlı oyunu adlandırdı:
“Gözəl bir oyun oldu. Mənə elə gəlir ki, azarkeşlər də bu oyundan zövq aldılar. Bəlkə də bu vaxta qədər keçirilən derbilər arasında ən baxımlısı idi. Bu cür oyunda hakimin idarəçiliyini müzakirə etməyə dəyməz. Vüsal Əliyev təcrübəli hakimdir. O da təcrübəsinə güvənərək qərarlar verirdi. Penaltinin düzgün və ya yanlış qərar olduğunun elə də bir əhəmiyyəti yoxdu. Əsas odur ki, hakim üstünlük prinsiplərinə əməl edərək oyunun tempini aşağı salmadı. İki komandada futbolçuların fərdi ustalığı və qapıçıların qurtarışların ilə gözəl oyuna şahid olduq. Burada “Qarabağ” və “Neftçi”nin qalib gəlməsindən önəmli olan daha bir vacib amil var. Premyer Liqa oyunlarına marağın artmasıdı. Belə oyunların sayı nə qədər çox olarsa, çempionatın səviyyəsinə təsir edər və azarkeşlərin stadionlara toplayar. Həqiqətən də iki komandanın ifasında azarkeşlər bu gün gözəl oyun gördülər. Bu qələbə münasibətilə dost komanda “Qarabağ”ı təbrik edirəm”.
saytlarin hazirlanmasi