U-17 Liqasında ara qarışdı
Bu gün U-17 Liqasında növbəti turun oyunları keçirilib. Maraqlı qarşılaşmalardan biri "Neftçi" ilə "İnter" klubları arasında olub.
Oyunun gedişində futbolçular arasında qalmaqal yaşanıb. Ancaq tərəfləri sakitləşdirmək mümkün olub.
Maraqlıdır ki, son illər ölkə futbolunda yaşanan qalmaqalların, dava-dalaşların mərkəzində həmişə "Neftçi" klubu olur. Qeyd edək ki, əvvəllər "Neftçi"nin "Bakı", "Xəzər Lənkəran", Qəbələ" və "İnter" kimi klublarla arasında dava-dalaş halları yaşanıb.
saytlarin hazirlanmasi