"Fırtına" yalnız Lənkəranda qopur, "Nəqşicahan" isə..." MÜSAHİBƏ

12:01 - 10 Dekabr 2013

İlqar Qulusoy: "Biz stadionları söyüşdən azad eləyirik"

 

“Araz Naxçıvan” ölkəmizin futbol həyatına qısa zamanda və iddialı qayıtdı. Naxçıvan klubu artıq 1-ci divizionda liderliyi ələ keçirib. Ölkə kubokunda da 1/4 final mərhələsinə adlamaqla diqqətləri üzərinə cəlb edib. “Araz Naxçıvan”la bərabər “Nəqşicahan” fan-klubunun yaranması da diqqət çəkdi. Yeni yaranan fan-klub da qısa zamanda adından söz etdirib və “Araz Naxçıvan”ın əsas təbliğat vasitələrindən biridir. Yeni yaranmış fan-klubun fəaliyyətini araşdırdıq və öyrəndik ki, artıq fan-klubun İdarə Heyəti də yaranıb. Onların fəaliyyəti ilə daha yaxından maraqlanmaq üçün fan-klubun İdarə Heyət üzvü olan İlqar Qulusoyla söhbətləşdik.

 

İlk növbədə “Nəqşicahan”a uzun ömür arzulayırıq. “Araz Naxçıvan” yeni yaranıb, müəyyən fasilədən sonra böyük futbol yenə Naxçıvana gəlib. Və “Nəqşicahan” fan-klubu “Araz Naxçıvan”ın əsas dəstək qüvvəsi hesab olunur. Fan-klub “Araz Naxçıvan” tərəfindən maliyyələşir, yoxsa fərdi fəaliyyət göstərir?

Mən elə düşünürəm ki, fanklublar biznes mərkəzi deyil ki ordan bəhrələnəsən. Bəlkə də hansısa fan-klub fəaliyyətini pul üzərində qurub ki, klublardan aylıq mukafatlar alsın. Ancaq biz  “Nəqşicahan”ı yaradanda o haqda düşünməmişik və düşünmürük də. İki aya yaxindır ki, fəaliyyətə başlamışıq .İlk dəfə Qusarda, “Şahdağ” - ”Araz Naxcıvan” matçında meydana toplaşdıq. Yəni ki, bizim fan-klub yaratmağımızdan “Araz Naxcıvan”ın heç xəbəri olmayıb. Nə maliyyə mənbəyimiz var, nə ofisimiz, nə texnikamiz,  nə də nəqliyyatimiz. Bilirsiniz nəyimiz var?

 

Nəyiniz?

Ürəyimiz,”Araz Naxçıvan”a olan tükənməz sevgimiz. Yalnız könüllüləri ətrafımıza yığıb öz vəsaitimiz hesabina səfər oyunlarında komandamızı dəstəkləyirik. Sayımız getdikcə artir. Kreativ ideyalarımız var. Hər dəfə yeni bir şey tətbiq edirik. Özünüz görmüsüz də, futbol izləməyə gedənlərin yanında bir paket semiçka ,peraşkivəüstəlik də “söyüşün biri 1 qəpik” olur. Bu , tipik azərbaycanlıazarkeşin obrazıdır.“Nəqşicahan”fan-klubu olaraq biz stadionlarısöyüşdən azad eləyirik. Bu bizim maarifləndirmə siyasətimizdir. O qədər xanim azarkeşlərimiz var ki stadiona məhz bu amilə görə getmir. Ona görə də, biz göstəririk ki söyuşsuz, təhqirsiz 90 dəqiqə dayanmadan futbolçunu ruhlandırmaq nə olan şeydi və bunun ləzzəti nədir.

 

Nəyə görə fan-klubunuzun adini “Nəqşicahan” qoydunuz?

“Araz Naxçıvan”a uyğun ad olmalı idi. Ad ilə bağli müzakirələr aparıldı. Çox adlar səsləndirilsə də, “Nəqşicahan”ın üzərində dayandıq. “Nəqşicahan” Naxçıvana məxsusdu. Dünyanin hansi ölkəsində bu adi eşidəndə Naxçıvan yada düşür. Digər tərəfdən də mənfur ermənilərin Naxçıvan ideyası var. Nəzərə alaq ki, sabah “Araz Naxçıvan”  Avrokuboklarda oynayacaq və “Nəqşicahan”da onları səfərdə  tək qoymayacaq. Bu baxımdan fan-klubumumuz Avropada da aktivlik göstərərək adından söz etdirəcək. Yeri gəlmişkən, “Araz Naxçıvan” yeganə birinci divizion klubudur  ki, onun iki fan-klubu var. “Ultra Araz” Naxcıvandakı, biz isə səfər oyunlarında komandamızı dəstəkləyirik.

 

“Xəzər Lənkəran”la kubok oyununuz var. Rəqib güclüdür. Üstəlik də fan-klubları xeyli fəaldır. Narahat olmursuz ki, sizin səsinizi batirarlar...

Hələ onu bilmək olmaz. Onların ən fəallarından biri “Fırtına”dır. Ancaq “Fırtına” yalnız Lənkəranda qopur, “Nəqşicahan” isə Azərbaycanın bütün bölgələrində dastanlar yazır. Bizim məqsədimiz o deyil ki kiminləsə intriqalar yaradaq. Dedim axı, futbola mədəniyyət gətiririk. Əsas odur bizdən yaxşı şeylər öyrənsinlər.

 

“Araz Naxçıvan” hələ ki məğlubedilməzdir. Cəmi bir hec-hecə olub. Amma Neftçala səfəri çətin olacaq.

“Araz Naxçıvan” çempionat başlayandan yaxşı forma yığıb. Vahid system, nizam-intizam var. Qələbənin sirri bundadır. İlk pillədə olmağımıza baxmayaraq araxadan digər komandaların nəfəsini hiss edirik. İnanıram ki, Neftçala səfərimiz ugurla başa çatacaq . Cəmi iki oyun qalır birinci dövrənin başa çatmasina və bu iki oyundan maksimum nəticə-6 xal istəyirik. Futbolun əsas prinsiplərindən biri heç kimə güzəştə getməməkdən ibarətdir. Vurmayana vurarlar prinsipi burda hökm sürür. Tarixdə də belə olur. Azadlığı daha çox istəyən xalq azad olur. Qələbəni istəməlisən ki, sənin olsun.

 

Ayaz İBRAHİMOV

Xəbər xətti