Gələn mövsüm Premyer Liqada komandaların sayı artacaq ÖZƏL

16:40 - 10 Dekabr 2013

Ya 14, ya da 16
 
Dekabrın sonlarında AFFA İcraiyyə Komitəsinin yığıncağı baş tutacaq. 
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, bu iclasda Premyer Liqada yeniliklərin olacağı müzakirə ediləcək. Məsələlərdən biri də növbəti mövsüm Premyer Liqada neçə komandanın iştirak edəcəyi və aşağı dəstədən hansı komandaların əsas liqaya yüksəlmələridir.
 
Etibarlı mənbədən verilən məlumata görə, növbəti mövsüm çempionat bu sistemlə keçiriləcək:
1) Premyer Liqada son yerin sahibi I Diviziona göndərilməyəcək.
 
2) Çempionatda ya 14, ya da 16 komanda iştirak edəcək. Artıq əlavə 4 və ya 6 komandanın adına da aydınlıq gəlib.
Belə ki, əgər 4 komanda əsas liqada mübarizə aparacaqsa, bunlar "Araz-Naxçıvan", "Kəpəz", "Turan-T" və "Mil-Muğandır". Daha iki komandanın qoşulması ilə bağlı qərar verilsə, bu zaman Yevlaxın "Karvan"ı və "Ağsu" komandası da mübar4izə aparmağa haqq qazanacaq.
 
Belə ki, bu qərar Elxan Məmmədovun komandası sayılan və hal-hazırda çempionatda son pillənin sahibi "Sumqayıt"ı güclülər dəstəsində saxlamaq üçün atılan bir addımdır. 

Xəbər xətti