Stamenkoviç "Xəzər Lənkəran"a etdiyini bu dəfə "Qarabağ"a etdi VİDEO

13:29 - 11 Dekabr 2013

Qapıçıya yaraşmayan hərəkət

 

Premyer Liqanın 16-cı turunda Tofiq Bəhramov adıba Respublika stadionunda "Qarabağ" "Neftçi"ni qəbul etdi.

 

Sportal.az xəbər verir ki, matçın 74-cü dəqiqəsində Çumbinyo penalti nöqtəsinə yaxınlaşan zaman "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç qeyri-etik hərəkətləri ilə yadda qaldı. Belə ki, qapıçı futbolçuya təyziq göstərmək üçün topu onun üstünə atıb. Bu, Saşa Stamenkoviçin etdiyi birinci belə hərəkət deyil. "Neftçi"nin çərçivə qoruyanı bundan öncə Azərbaycan kubokunun finalında penalti atışları zamanı "Xəzər Lənkəran"ın futbolçusu Sialmasa da qarşı analoji hərəkəti etmişdi.

 

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti