"Keçən il hakim səhvi çempionluğu "Qarabağ"ın əlindən aldı" VİDEO

14:00 - 11 Dekabr 2013

"Top Top" verilişinin növbəti buraxılışı
 
Azərbaycan teleməkanının maraqlı futbol proqramı "TOP TOP" beşinci buraxılışı ilə tamaşaçıların görüşünə gəlib. 
 
Sportal.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan və dünya futbolunda baş verən ən maraqlı futbol hadisələrinə həsr olunub. Proqramın bu dəfəki qonaqları  AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov, "Futbolmedia.az" saytının baş redaktoru Əli Həyati, "İmarət" Fan Klubunun rəhbəri, ürəyi hər zaman "Qarabağ"la döyünən Xaləddin Bayramov və tanınmış ekspert Elnur Əşrəfoğlu olub. "TOP TOP"da  Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Premyer Liqanın oyunları barədə söhbət açılıb. "Qarabağ" - "Neftçi" və digər oyunlar verilişin əsas müzakirə mövzusu olub. "Neftçi" klubunun son vaxtlar qeyri-stabil oyunundan danışan qonaqlar, olay yaradacaq bir neçə məqama toxunublar. Böyükağa Hacıyevin yenidən "Neftçi"yə baş məşqçi gətiriləcəyi ilə bağlı şok faktlar bildirilib.  "TOP TOP"da 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının püşkatmasından və Azərbaycan kubokunun oyunlarından da danışılıb.  Həmçinin futbol həvəskarları canlı yayımda öz istək və arzularını bütün mobil operatorlardan 8998 və 8999 nömrələrinə SMS vasitəsilə,  şəhər nömrələrindən  isə 119-a zəng edərək fikirlərini çatdırıblar. Əlbəttə ki, bütün suallar cavablandırılıb və təkliflər, arzular efirdə səsləndirilib.  Bir sözlə teleməkanda yeni maraqlı futbol proqramını izləməyə dəyər. "Top-top"un beşinci buraxılışının videoyazısını sizə təqdim edirik:

Xəbər xətti