Lomaya ardıcıl 3 turdur ki, ən yaxşıdır
Premyer Liqasında 16-cə turun rəmzi komandası açıqlanıb.
Sportal.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı – Giorgi Lomaya (İnter);
Müdafiəçilər – Ansi Aqolli (Qarabağ), Rasim Ramaldanov (Xəzər Lənkəran), Brüs Abdulaye (İnter), Mahir Şükürov (Neftçi);
Yarımmüdafiəçilər – Muarem Muarem (Qarabağ), Qara Qarayev (Qarabağ), Leroy Corc (Qarabağ), Marinaldo da Silva (Qarabağ);
Hücumçular – Reynaldo Silva (Qarabağ), Daniel Subotiç (Qəbələ).
Topa sahib olmada “Qəbələ” və “Qarabağ”, hücum sayında isə “Neftçi” və “Sumqayıt” klubları fərqləniblər. “Gənclik şəhəri”nin təmsilçiləri ötən tur rəqib qapısına hamıdan çox zərbə endirib, həmçinin, digərlərindən daha çox top itkisinə yol verib. Dəqiq ötürmələrdə paytaxt təmsilçiləri – “Neftçi” və “İnter”in futbolçuları digərlərindən üstün olub. AZAL və “Qarabağ” futbolçuları hərəyə 4 dəfə oyundankənar vəziyyətə düşüb. Paytaxtın eyniadlı komandası ötən tur 8 künc zərbəsi ilə digər komandaları bu göstəricidə üstələyib.
Komanda yoldaşlarına ən çox ötürmə edən Rəşad Sadiqov (Neftçi), rəqib qapısına ən çox zərbə endirən Daniel Subotiç (Qəbələ), hava mübarizələrində hamıdan uğurlu isə Anderson Olivyeradır (Simurq).
Premyer Liqada 16-cı turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldo Silvadır.
saytlarin hazirlanmasi