Əfran İsmayılov:"Siz əsl "Bakı"nı onda görəcəksiniz"
"Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılovun Sportal.az-a müsahibəsi
- Zədən necədir? Həkimlər "Qarabağ"la oyuna çıxacağına icazə verəcəklər?
- Artıq üç gündür ki, komanda ilə məşqlərə başalmışam. Hələ ki qərar verilməyib, qərarı məm verəcəm. Məşqlərdə əgər heç bir problem olmasa, meydana çıxa biləcəm. "Qarabağ"la oyunda oynayıb-oynamayacağım sual altındadır.
- Özün oynamaq istəyərsənmi?
- Əlbəttə ki, istəyərəm. Amma belə bir şey var ki, oyuna çıxsam yenidən zədələnərəm, 1 oyuna görə qarşıdakı 10 oyunda oynamayım. Ona görə də fikirləşib qərar vermək lazımdır. Sabah axşam hər şey dəqiq bilinəcək.
- Ümumiyyətlə, zədələr səndən əl çəkmir. Nə vaxt yaxşı formaya düşsən, zədələnirsən. Bu nədən irəli gəlir?
- Bu futboldur, belə şeylər olur. Bununla hamıma razılaşmaq lazımdır ki, futbolçu hər an zədələnə bilər. "Neftçi" ilə oyunda həkimlər demişdiki oynamamağın daha məsləhətlidir amma mən komandama kömək etmək istədim, o da yenidən zədələndim.
- Komandanın son oyunlarına baxırsan, necə düşünürsən "Bakı" sənsiz ötüşə bilir?
- Mən də istəyərəm komandama kömək edim, qolaartımın sayını artırım. Futbolda belə bir şey var ki, əvəzolunmaz futbolçu yoxdur. Komanda əvvəl necə oynayırdırsa, indi də elə oynayır.
- Bu tur "Qarabağ"la oynayacaqsınız. "Bakı" ilk dövrədəki acı məğlubiyyətin revanşını (3:0) ala biləcəkmi?
- "Qarabağ"la hər komandanın oyunu çətin olur, çünki bir yerdə oynamış komandadır, yaxşı baş məşqçiləri var. "Qarabağ" rəqibindən asılı olmayaraq stabil oyununu göstərir. Biz də bu oyunda qalib gəlməyi çox istəyirik, bu anda xala çox ehtiyacımız var, həm də öz stadionumuzda oynayırıq.
- İlk dövrədəki məğlubiyyəti azarkeşlərinizə unutdura biləcəksinizmi?
- Biz revanş haqda fikirləşmirik. biz fikirləşirik ki, yaxşı futbol oynayıb qələbə qazanaq. Əsas odur ki, biz rəqibdən çəkinməyək öz oyunumuzu göstərək.
- Son iki tur "Bakı" üçün həll edicidir. Əvvəlcə "Qarabağ", dah sonra isə "Qəbələ" səfəri. Bu iki tur "Bakı" üşün nə deməkdir?
- Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyiriksə, bu iki oyunda qalib gəlməliyik. Əsas diqqətimizi "Qarabağ"la matça yönəltmişik. Biz də bilirik ki, "Qarabağ" güclü rəqibdir, futbolçuların fərdi ustalıq səviyyəsi yüksəkdir, amma futbol elə bir şeydir ki, kim daha ürəkli olsa, kim daha çox istəsə o qalib gəlir. Bu turdan sonra "Qəbələ" ilə matç haqqında fikirləşməyə vaxtımız çox olacaq.
- "Bakı" ilə lider arasında xal fərqi olduqca böyükdür. "Bakı"nın çempionluq şanslarını necə dəyərləndirirsən?
- Hələ heç nə itməyib. Komanda bu mövsüm çoxlu lazımsız xallar itirdik. həm də qeyri-stabil oyun göstərirdik. Bunun əsas səbəbi komanda fasilələrdə tam heyətlə məşq edə bilmöəməsidir, futbolçuların çoxu yığma komandalara yollanırdı. Ancaq qış fasiləsində biz ikinci dövrə üçün tam hazır olacağıq, onda da əsl "Bakını görəcəksiniz.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi