"Simurq" AZAL-ı qəbul edir, "Sumqayıt" "İnter"ə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında XVII turun oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, i8lk görüş günündə iki qarşılaşma keçiriləcək.
"Simurq" öz meydanında AZAL-ı qəbul edəcək. Paytaxt klubu rəqibi ilə oyunlarda böyük üstünlüyə malik olsa da, son 4 matçda heç-heçə qeydə alınıb. Bunların son üçündə tərəflər hərəyə 1 qol vurub. Ümumilikdə isə son 11 görüşdə bakılılar meydanı ən azı 1 xalla tərk edir.
Digər oyunda isə "Sumqayıt" səfərdə "İnter"in qonağı olacaq. Əvvəlki ev oyunlarında rəqibini məğlub edən “bankirlər” 6-cı dəfə qarşılaşacağı rəqiblə görüşlərdə hələ uduzmayıb. Sumqayıtlılar əvvəlki 5 matçda qola da həsrət qalıb.
Sabah keçiriləcək üç oyunla tura yekun vurulacaq.
Premyer Liqa XVII tur
14 dekabr (şənbə)
“Simurq” – AZAL 3:0
Qollar: Dreqan Çeran,25, Raul Koştin,45? Ruslan Poladov,85
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu, 17:00
saytlarin hazirlanmasi