Bu həftə "Qarabağ"dan heç kim seçilmədi

15:50 - 17 Dekabr 2013

Turun ən yaxşısı Flavinyo seçilib
 
Azərbaycan Premyer Liqasında XVII turun rəmzi komandası açıqlanıb.
 
Sportal.az xəbər verir ki, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik göstəricilərə əsasən ötən turun ən yaxşı “11-liy”ində “Neftçi”nin oyunçuları çoxluq təşkil edib.
 
Bakılılar rəmzi yığmada 4 futbolçu ilə təmsil olunub. Azərbaycan Premyer Liqasında XVII turun ən yaxşı oyunçusu da “Neftçi”nin üzvü - braziliyalı yarımmüdafiəçi Flavio Aleks Valensio olub.
 
Qapıçı : Saşa Stamenkoviç (Neftçi);
Müdafiəçilər : Yure Travner (Bakı), Laşa Salukvadze (İnter), Brüs Abdulaye (İnter), Mahir Şükürov (Neftçi);
Yarımmüdafiəçilər : Flavio Aleks Valensio (Neftçi), Lukas Mario Horvat (Bakı), Araz Abdullayev (Neftçi), Vaqif Cavadov (İnter);
Hücumçular: Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq).

Xəbər xətti