"AFFA-da yerli məşqçilərə inam yoxdu"

12:37 - 18 Dekabr 2013

Elxan Abdullayev: "Mən bunu gözləyirdim"

 

"Yenidən 2 il müqavilə bağladılar. Mən əslində bu qərarı gözləyirdim. Çünki belə olmasaydı, ən azından namizədlərin adı əvvəlcədən hallanardı. Belə olmadığı halda aydın məsələ idi ki, Berti Foqts postunda qalacaq."

 

Bu sözləri Sportal.az-a açıqlamasında futbol mütəxəssisi Elxan Abdullayev deyib. Abdullayev AFFA-da yerli məşqçilərə inamın olmadığını da bildirdi:

 

"Bu saat AFFA-da yerli məşqçilərə inam yoxdu. Fikirləşirlər ki, komandanı uğura yalnız və yalnız əcnəbi məşqçilər apara bilər. Nə deyirəm, təki hər şey onların istədikləri kimi olsun. Bu dəfə görək Berti Foqtsun qarşısına hansı şərtləri qoyacaqlar. Berti Foqtsa uğurlar arzu edirəm".

Xəbər xətti