Maksim Medvedev: "Bakı" bizi "nakazat" etdi" MÜSAHİBƏ

16:01 - 18 Dekabr 2013

"Qapı arxasındakı hakim bu epizodu görməli idi"
 
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedyevin Sportal.az-a müsahibəsi:
 
- "Bakı" ilə oyun haqqında danışardın...
- Bu futboldur, məğlub olduq. Bu oyunda öz oyunumuzu oynaya bilmədik,  bu da heyətdə futbolçuların olmaması ilə bağlıdır. Demək olar ki, "Bakı"nın futbolunu oynadıq. İki səhv etdik, rəqib də bizi "nakazat" etdi, qollardan birinin əvəzini çıxa bildik. Hesabı bərabərləşdirmək üçün şansımız da oldu, top dirəkdən qayıtdı. Amma bu dəfə biz yaxşı oynaya bilmədik.
 
- Oyun vaxtı bir epizodda top cərimə meydançasının içərisində rəqibin əlinə dəydi, lakin hakimin fiti susdu. Həmin epizoda ən yaxın olanlardan biri də sən idin. Bu barədə nə deyə bilərsən?
- Həmin epizoda ən yaxın olan mən idim, gördüm ki, top həqiqətən rəqibin 5 nömrəli futbolçusunun əlinə dəydi. Hakim də bizim kimi insandır, ola bilsin ki, elə bir vəziyyətdə dayanıb ki, görmədi.
 
- Nəzərə alaq ki, meydanda 6 hakim var idi...
- Məncə, bunu qapı arxasında hakim görməli idi. Lakin demək olmaz ki, bu gün "Qarabağ"ın haqqı yeyildi. Ola bilsin bu dəfə onların epizodunu görmədi, bəlkə də  gələn dəfə bizim hər hansı epizodumuzu görmədi. Bunlar bəhanə deyil, bu oyunda biz həqiqətən zəif oynadıq.
 
- Bəlkə "Qarabağ"ın zəif oynamasına hava şəraiti mane oldu?
- Uzun müddət idi ki, belə hava şəraitində oynamırdıq.  Belə havanı ancaq Avropadakı oyunlar da görürdük. Çalışırdıq ki, pasla oynayaq. Bəzi məqamlar da nəinki biz, "Bakı"nın da futbolçuları sürüşürdü. Yağış möhkəmləndikcə, stadionun zəmini daha yumşaq olurdu.
 
- Bu həftə "İnter"lə qarşılaşacaqsınız?
- Növbəti oyunda futbolçularımız geri qayıdır. "İnter"lə oyunda komandadakı qələbə ruhu bizə qayıdacaq. "Bakı" ilə oyunda yaxşı kollektiv görə bilmədik, ancaq "İnter"lə oyunda yaxşı oyun nümayiş etdirib, qələbə qazanacağıq.
 
Yusif HÜSEYN

Xəbər xətti