Kərim Diniyev:"Komanda hücumda "dişsiz" görünürdü"
"Sumqayıt"ın mərkəz müdafiəçisi Kərim Diniyevin Sportal.az-a müsahibəsi
- "İnter"lə oyuna sonradan daxil oldun. Bu qarşılaşma haqqında fikirlərin necədir?
- Fikirmcə, son oyunlarımızın içində ən zəif oyunumuz oldu. Komanda hücumda "dişsiz" görünürdü. "İnter" təcrübəli futbolçuları müdafiə xəttində səhvsiz oynadılar. Təcrübə çatışmazlığı hücum xəttində öz sözünü dedi.
- "İnter"lə oyunda müdafiə hücum xəttinə nisbətən daha yaxşı təsir bağışlayırdı. Ardıcıl məğlubiyyətlər bir futbolçu kimi sənə necə təsir.
- Həqiqətən çox pis təsir edir. İnsan həm psixoloji cəhətdən. həm də mənəvi cəhətdən yorulur. Biz də istəyirik ki, bu durumdan çıxaq amma alınmır. Bizə bir qələbə lazımdır ki, davamı gəlsin.
- "Neftçi" səni yenidən komandaya qaytarmaq istəyir. Bu barədə sənə nə isə deyilib?
- Biz sonuncu dəfə "Sumqayıt - "Neftçi" oyununda Nazim Süleymanovla görüşdük. Onda demişdi ki, dördünüzü də qışda qaytarırıq. Təlim məşq toplanışını "Neftçi" ilə keçəcəyik. Sonra da, görək nə olur.
- Təcrübə göstərir ki, "Sumqayıt"a icarəyə verilən futbolçular yenidən qayıdanda "Neftçi"də oynaya bilmirlər və yenidən klub axtarırlar. Bu səni narahat etmir ki? bu gün sən özünü "Neftçi"nin əsas heyətində oynamağına hazır sayırsan?
- Biz də istəyirik ki, oynayaq. Əvvəlki futbolçularla müqayisə olunmağımızı istəməzdim. çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək.
- Bir də son zamanlar mətbuatda yazılan məsələlərdən biri də həm sən, həm də qardaşın Coşqun Diniyevin "Rəvan"a keçməsi ilə bağlıdır. bui barədə nə deyə bilərsən?
- Bu barədə heç söhbət olmayıb. heç atamla evdə düz əməlli bir-birmizi görmürük. Atamın da fikri bu dəqiqə komandasını formalaşdırmaqdır.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi