"Ən böyük səhvim o oldu ki, Mircavadovu meydandan kənarlaşdırmadım" VİDEO

16:31 - 20 Dekabr 2013

Etibar Cəbrayıloğlu: "Hakim oyunların sürətini öldürməməlidir"

 
“İnterAz” Televiziyasında “Arena” verilişinin növbəti buraxılışı efirə yayımlanıb.
 
 
Sportal.az xəbər verir ki, müəllif və aparıcısı Rüfət Nadirli olan verilişin növbəti qonaqları FİFA referisi Əfqan Həmzəyev və jurnalist Etibar Cəbrayıloğlu olub. Verilişdə Premyer Liqanın növbəti turunun müzakirəsi aparılıb. Veriliş ərzində azarkeşlər  tərəfindən Əfqan Həmzəyevə çoxlu sayda suallar ünvanlanıb. Qonaq hakimliyin hazırkı durumundan danışıb. Və 2010-cu ildə “Xəzər-Lənkəran”la “Neftçi” arasındakı görüşdəki idarəçiliyindən danışıb. Onun həmin matçda çoxlu səhvlərə yol verildiyi deyilsə də, Əfqan Həmzəyev bu barədə yayılan fikirlərlə razılaşmayıb. O həmçinin Ağasəlim Mircavadovun həmin oyunda 2 dəfə meydana girərək etiraz etməsinə də aydınlıq gətirib :
 
 
“Mənim həmin oyunda ən böyük səhvim o oldu ki, Ağasəlim Mircavadovu meydandan kənarlaşdırmadım. Onun ağsaqqallığına və futbol biliyinə hörmət edərək mən bu addımı atmadım”.
 

Xəbər xətti