"Qurban Qurbanov tapşırmışdı ki, top əsasən məndə olsun" MÜSAHİBƏ

14:12 - 21 Dekabr 2013

Vüqar Nadirov:" Əsas o idi ki, tələsmədik"
 
"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun Sportal.az-a müsahibəsi:
 
- Oyun haqqında fikirlərin necədir? "Qarabağ"ın ilk qolu "İnter"in sizə hədiyyəsidir deyə bilərik?
- Yox, belə deməzdim. Hədiyyəni biz pressinq edib qazandıq. Əsas o idi ki, qələbə qazandıq və fasiləyə lider yollandıq.
 
- Oyun qola kimi gedirdi. Bu fikirlə razısan?
- Biz öz vaxtımızı gözləyirdik, fürsət axtarırdıq ki, qol vurub hesabı açdıq. Əsas o idi ki, tələsmədik.
 
- Biz adətən görmüşdük ki, "Qarabağ" oyunu əsas Reynaldonun üzərində qurur. Ancaq dünən əsasən top səndə olurdu.
- Onların cinah müdafiəçiləri tez-tez irəliyə atılırdılar. Ona görə, baş məşqçi belə tapşırmışdı ki, top əsas məndə olsun,  mən də topla onların ortasından atım keçim.
 
- "Neftçi" uduzandan sonra yenidən lider oldunuz..
- Bunu heç bilmirdik. Oyuna gələndə baxdıq ki. hesab 1:0 AZAL-ın xeyrinədir. Ondan sonra heç nədən xəbərimiz olmayıb.
 
- Artıq 18-tur geridə qaldı. Bu geridə qalan müddəti "Qarabağ" adına necə dəyərləndirirsən?
- Pis keçmədi. Yanvarın 7-dən etibarən Antalyada toplanacağıq. Bütün komandalar heyətlərini gücləndirəcək, ona görə bu müddətdə ciddi hazırlaşmalıyıq.
 
- Bu 18 turda "Qarabağ"da stabillik çatmadı...
- Stabillik hər bir komandada olmadı. Ancaq bizim ikinci dövrədə əsas məqsədimiz stabil oyun göstərməkdir.
 
Yusif HÜSEYN

Xəbər xətti