AZAL-ın qolu 200-cü oldu
Premyer Liqanın 2013/14 mövsümündə 200-cü qol vurulub. Yubiley topunun müəllifi AZAL-ın oyunçusu Con Oluremi olub.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki,18-ci turun “Neftçi” ilə ev oyununda hesabı açan futbolçu mövsümün 200-cü qolunu vurub.
Belə ki, ilin son turu ərəfəsində çempionatın 85 qarşılaşmasında 196 qol vurulmuşdu. Son oyun gününün 4-cü qolu yubiley xarakteri daşımalı idi. “Neftçi” ilə görüşün 19-cu dəqiqəsində fərqlənən Con da bu yubiley qolunun müəllifi adını qazanıb.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol isə AZAL-ın oyunçusu Qərib İbrahimovun hesabındadır. Conun komanda yoldaşı 9-cu turun “Simurq”la ev oyununda hesabı açmaqla fərqlənmişdi.
Başa çatan ilk 2 dövrədə isə ümumilikdə 213 qol qeydə alınıb. Baş tutan 90 qarşılaşmada orta məhsuldarlıq 2,37-yə bərabər olub. 1-ci dövrənin 45 matçında bu rəqəm 2,33-ə, 2-ci dövrədə isə 2,40-a bərabərdir. Dövrələr üzrə müvafiq olaraq 105 və 108 top vurulub.
saytlarin hazirlanmasi