"Heç kəs deyə bilməz ki, Rövşən Əhmədova rüşvət vermişəm"

12:46 - 24 Dekabr 2013

"Sumqayıt"ın prezidentini tanımıram, tanımaq da istəmirəm"
 
Dünən beynəlxalq dərəcəli hakim Rövşən Əhmədovun hakim-inspektorluq vəzifəsindən uzaqlaşdıldığı xəbərini vermişdik.
 
İndi isə hakim inspektoru tapı dqanışdırdıq. O, qalmaqallı "Sumqayıt" - Bakı" matçının ardından baş verən hadisələrə Sportal.az-a açıqlamsında aydınlıq gətirib:
 
"Mən və 4 hakim oyundan sonra hakimlərin otağında oturmuşduq və bu zaman köhnə hakim yoldaşımız İlham Əliyev otağa girdi və maksimum iki dəqiqə orada qaldı. Kamran Quliyev buna əsaslanaraq deyirsə, böyük səhv edir. Mən 22 il hakimlik etmişəm, heç kim deyə bilməz ki, mən rüşvət almışam. Mənim nə "Bakı" rəsmisi ilə, nə da başqa birisi ilə əlaqəm olmayıb. Çünki mən dövlət qulluqçusuyam. PFL-in prezidenti Ramin Musayev də mənə öz iradını bildirdi ki, "gərək sən İlham Əliyevin hakimlərin otağına daxil olmasına icazə verməzdin", mən də dedim ki, "o, mənim hakim yoldaşım olub,mənim də bir dənə səhvim o olubki, bunu sizə deməmişəm". "Sumqayıt" rəhbərliyi də bunu bəhanə edir, çünki onların futbolçuları tərbiyəsizlik edib hakimə söymüşdülər. Kimsə kiməsə nə versə, hakimlərin yanında verməz. belə bir şey ola bilməz. sadəcə bu məsələni "Sumqayıt" qəsdən ortalığa atıb ki, hakimi təhqir edən futbolçuların cəzaları ləğv olunsun".
 
Sabiq hakim cəzalandırılması ilə bağlı məsələyə də aydınlıq gətirib:
 
"Mən də Ramin müəllimdən soruşdum ki, "eşitdim, məni cəzalandırmısınız", o da cavabında dedi ki, "səni ona görə cəzalandırıram ki, gərək sən bu məsələdən məni xəbərdar edərdin". Birincisi, məni heç kim hakim-inspektorluqdan qova bilməz, çünki  neçə il hakim kimi xidmət etmişəm. Bunu "Sumqayıt" rəhbərliyi ortaya atıb ki, keçmiş hakim yoldaşım İlham Əliyev içəri girib hakim-inspektora rüşvət təklif edib. Mən də onu deyirəm ki, rüşvət təklif edən  camaatın içində etmir. İkincisi də,  22 il hakimlik etmişəm, heç kimin yanında başımı aşağı əyməmişəm. Heç kəs də deyə bilməz ki, Rövşən Əhmədova rüşvət vermişəm. İlham Əliyev təkcə bu oyunda yox, bundan qabaq da oyunlarda hakimlərin otağına girib hamı ilə görüşüb. Kodeksə görə mənə xəbərdarlıq edilməlidir, cəzalandırıblarsa. hörmətlə yanaşıram. İnanıram. fasilədən sonra yenə oyunlara təyinat alacam. bir aha bəyan edirəm ki, məni heç kim hakim-inspektorluqdan uzaqlaşdıra bilməz, çünki Azərbaycan futboluna xidmət edirəm".
 
Əhmədov "Sumqayıt"ın prezidenti haqqında da bunları dilə gətirib:
 
"Kamran Quliyevi tanımıram, heç tanımaq da istəmirəm. Eşitmişəm ki, əvvəl AFFA-da işləyib. Əgər o belə şeydən şübhələnirsə, gərək oyundan sonra öz iradını mənə bildirərdi, mən də ona hər şeyi başa salardım".

Xəbər xətti